Prussiya krallığı () — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər:
Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir.
Yaranması XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi.
Ərazisi Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi. Bundan sonra şərqə getdikcə o vaxtlar Prussiya kimi tanınan region gəlirdi. Buradakı aborigen xalqlar prussiyalılar və ya borussiyalılar adlanırdı, litvalılara qohum idilər, lakin almanların və polyakların təsiri altında yoxa çıxmışdılar. Qərbi Prussiyada polyaklar çoxluq təşkil edirdi, bu region 50 mil (80 km) genişliyində olmaqla Pomeraniyanı Şərqi Prussiyadan ayırırdı, sonralar bura polyak dəhlizi kimi məşhurlaşmışdı. Şərqi Prussiya və ya Prussiya hersoqluğu tevton cəngavərlərinin tarixi torpaqları idi. Səlib yürüşü etmiş bu orden üç əsr əvvəl yerli xalqları xristianlaşdırmışdı.
Sosial quruluşu
thumb|alt=Şəkil|Prussiya sarayında yüksək vəzifəli məmurlara verilən rəmzi 'Kamerher' (Chamberlain) açarı
Şərqi Avropanın hər yerində olduğu kimi Prussiyada da təhkimçilik yayılmışdı. Şərqi Prussiyada kəndlilərin vəziyyəti Polşadakı ilə eyni idi. Prussiya hökmdarları əmin idilər ki, öz kəndlilərinə göstəriş vermək adətlərini özləri ilə gətirməklə, yunkerlərdən yaxşı ordu zabitləri əldə etmək olar. Bütün ordularda azlıq təşkil edən burjuaziya zabitləri Prussiyada tam nadir hal hesab olunurdu. Zabit sinfini qoruyub saxlamaq üçün qanunvericilik "kübar" torpaqlarını satmağı qadağan edirdi. Siniflər mülkiyyətin mübadilə olunmayan formalarına sahib olmaqla dondurulurdu. İstənilən qaydada burjuaziya sinfi müstəqillik istəyinə az sahib idi. Almaniyanın qədim şəhərlərinin bir neçəsi Prussiyada idi. Prussiya orta sinfi varlı deyildi, özəl mülkiyyətə malik olmaqla onlar güclü deyildilər. Orta sinif dövlətə xidmət etməklə ordudan qorxu hiss edirdi.
Prussiya kralları SıraKralSəltənət illəriKraliça1.I Fridrix 1657-1713
(55 yaş)center|frameless|187x187px18 yanvar 1701 – 25 fevral 1713Hesse-Kasselli Yelizaveta HenrettaSofiya ŞarlottaMeklenburq-Şverinli Sofiya Luiza2.I Fridrix Vilhelm 1688-1740
(51 yaş)center|frameless|205x205px25 fevral 1713 – 31 may 1740Hannoverli Sofiya Doroteya3.II Fridrix 1712-1786
(74 yaş)center|frameless|189x189px31 may 1740 – 17 avqust 1786Braunşveyqli Yelizaveta Kristina4.II Fridrix Vilhelm 1744-1797
(53 yaş)center|frameless|191x191px17 avqust 1786 – 16 noyabr 1797Braunşveyqli Yelizaveta KristinaHessen-Darmştadtlı Frederika LuizaJulya von VossSofiya von Dönhof5.III Fridrix Vilhelm 1770-1840
(69 yaş)center|frameless|184x184px16 noyabr 1797 – 7 iyun 1840Meklenburq-Strelitzli LuizaAvqusta von Harrax6.IV Fridrix Vilhelm 1795-1861
(65 yaş)center|frameless|195x195px7 iyun 1840 – 2 yanvar 1861Bavariyalı Yelizaveta Lüdovika7.I Vilhelm 1797-1888
(90 yaş)center|frameless|202x202px2 yanvar 1861 – 9 mart 1888Saksen-Veymar-Ayzenaxlı Avqusta8.III Fridrix 1831-1888
(56 yaş)center|frameless|200x200px9 mart – 15 iyun 1888Britaniyalı Viktoriya9.II Vilhelm 1859-1941
(82 yaş)center|frameless|200x200px15 iyun 1888 – 9 noyabr 1918Avqusta ViktoriyaHermina Reys
İstinadlar
Kateqoriya:Prussiya krallığı Kateqoriya:1918-ci ildə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:1918-ci ildə Avropada ləğv olunanlar Kateqoriya:Almaniya imperiyası Kateqoriya:İndiki torpaqlarına görə Almaniyanın tarixi dövlətləri və əraziləri Kateqoriya:1525-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Xristian dövlətləri Kateqoriya:Müqəddəs Roma imperiyasının dövlətləri