İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir.

Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.

İstinadlar

Kateqoriya:Vinsent van Qoqun rəsm əsərləri Kateqoriya:1889-cu ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər