Aerika imperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət.Ryan, J: Micronations: The Lonely Planet Guide to Self-Proclaimed Nations, Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika imperiyası"ndan götürülüb.Aerican Empire: FAQ at the group's website, section "What kind of name is Aerica?". Retrieved July 2009. 2000-ci ildə "The New York Times" qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir.The New York Times: "Utopian Rulers, and Spoofs, Stake Out Territory Online" , 25 May 2000.
İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir.The Wanderer: The Wanderer , November 2012, "Micro-nations of our Nation". Archived at and
Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir.
Tarixi Aerika imperiyasının əsası 8 may 1987-ci ildə kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi. İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və imperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı. 1997-ci ildə imperiya özünün veb-səhifəsini qurdu.O'Driscoll, F: Ils ne siègent pas à l'ONU,
2007-ci ildə "yeni pasportlar" buraxıldı. İlk pasport 2007-ci ildə Tokio Sarayında Mikrodövlət incəsənət sərgisində nümayiş olunub.Aerican Mailing List Archive, , December 2, 2006
Aerika imperiyası ilk dəfə 2009-cu ilin noyabrında pul sikkəsi buraxıb. 2012-ci ildə buraxılmış ikinci sikkə Aerikanın 25 illiyinə həsr edilmişdi. Kağız pullar ilk dəfə 2017-ci ildə, ştamplar isə 2015-ci ildə tərtib edilmişdir.Aerican Empire Post, , May 8, 2015
Statusu Aerika öz missiyasını belə ifadə edir: "imperiya o cəmiyyətlərin təkamülünü asanlaşdırmaq üçün mövcuddur ki, həmin cəmiyyətlərdə artıq İmperiyaya ehtiyac yoxdur".The Montreal Mirror: The Montreal Mirror , 17 August 2006, "The little empire that could"The Boston Phoenix: The Boston Phoenix , October 2000, "States of Mind".CBC Daybreak: Daybreak , 13 July 2006, "The Aerican Empire: Interview With Eric Lis". Montreal: CBC Radio Dövlət özünün İmperatorun (hazırda təsisçi olan Erik Lizin) nəzarəti altında, seçkili orqanlardan ibarət parlamentli demokratiya kimi təşkil olunduğunu iddia edir.Le Soleil, Quebec City: Le Soleil, 18 January 2001, "Vive Eric 1er, empereur virtuel!" Hələ uşaq ikən İmperiyanın əsasını qoyan Liz MakGill Universitetində təhsilini başa vurub tibb üzrə doktor dərəcəsinə yiyələnmişdir. Onun haqqında məlumatlar Psixiatriya və Nevrologiya JurnalıJournal of Psychiatry and Neuroscience: , 2007, "Neuroimaging and genetics of borderline personality disorder: a review". və Weird Tales jurnalında dərc olunub.Weird Tales Magazine: Weird Tales, 2008, "My True Lovecraft Gave To Me".Weird Tales Magazine: Weird Tales, 2011, "A Contract Without Loopholes".
Qrupun fəaliyyəti Ulduz müharibələri, Qalaktika üzrə avtostopla və buna bənzər əsərlərə təkrarən edilən istinadlarla, eləcə də bol yumor, elmi fantastika və fantaziya sevgisi ilə yadda qalır. İmperiya hər il hekayə yazı müsabiqələri, döyüş oyunları günləri və İt-Biskvit Təqdir Günü kimi tədbirlər keçirir. Burada həmçinin İmperiya pinqvinlərinə ibadət etməyi nəzərdə tutan Silinizm "din"ini də inkişaf etdirmişdilər; ilk əvvəllər zarafat niyyəti ilə edilsə də, qrup üzvlərinin iddialarına görə dünyada bu "din"ə itaət edən otuz nəfər var. İmperiyada bayramlar və "qəşəng günlər" mövcuddur. 2 yanvar Prokrastinator günü, 27 fevral "Oyy" günü, 19 mart "Lənət olası gün", 26 oktyabr Topin Veqlqammon, yəni ilin ən gözəl günü kimi qeyd edilir.Context Magazine: Context Magazine , April–May 2001, "Altered States".
Fəaliyyəti İmperiyanın internet üzərindən həyata keçirdiyi fəaliyyət müxtəlif dövlətlərdəki üzvlər arasında əlaqəni daha da gücləndirsə də, lokal tədbirlər keçirilməsi həmişə diqqət mərkəzindədir. Üzvlər həftəlik olaraq Monreal, Sprinqveyl, Nyu-York və digər mərkəzlərdə toplanırlar. 2007-ci ilin iyulunda iyirminci yubiley konvensiyası qəbul edilmişdir.
Aerika imperiyasının nümayəndə heyəti 2012-ci ildə Londonda akademik konfransda və 2017-ci ildə Atlantada MikroKon Mikrodövlətlər Konvensiyasının qəbulu prosesində iştirak etmişlər.Delafontaine, L., ''Les Micronations, Montreuil-sur-Brêche, Diaphane, 14 September 2013, pages 160,
İstinadlar
Xarici keçidlər The Aerican Empire
Kateqoriya:Virtual dövlətlər