Mil İdman Kulubu — Beyləqan şəhərini təmsil edən futbol klubu.
Tarixi Mil Beyləqan futbol klubu 1955-ci ildə Beyləqan şəhərində yaradılmışdır. Klub sovet dövründə yerli çempionatlarda mübarizə aparmışdır.
Müstəqillikdən sonra Mil Beyləqan 1992-ci il sezonunda Azerbaycan I Diviziyonunda mübarizə aparımışdır.Klub bu sezon çempiyanatı 5-ci sırada bitirdi. Növbəti futbol sezonu yəni 1993-cü il sezonunda I Diviziyon B qrupunda mübarizəyə başladı. Beyləqan təmsilcisi sezonu 8-ci yerdə başa vurdu. Klubun I Diviziyondakı son sezonu 1993–1994-cü il sezonu olmuşdur. Bu sezon C qrupunda mübarizə aparan ''Aranın Fırtınası'' qrupu son sırada bitirdi.
Klub 2006–2007-ci illərdə Həvəskarlar liqası respublika çempionatında çempion olmuş 2009–2010-cu illərdə liqada üçüncü yerdə, 2010–2011-ci illərdə isə altıncı yerdə qərarlaşmışdır.
Region Liqası 2019–20 Sezonu Covid-19 Pandemiyası səbəbindən təxirə salınmışdır.
Klub hal hazırda Region liqasında mübarizəni davam etdirir.
Uğurları Həvəskarlar Liqası: Çempion — 2006/2007 Bürünc medal — 2009/2010
"Mil" Derbisi Kür-Araz ovalığında yerləşən düzənliklərdən biri olan Mil düzünün iki klubu Mil-Beyləqan FK (Beyləqan) ve Mil-Muğan FK (İmişli) futbol klubları arasında olan əzəli və rəqabətli futbol oyunudur. Bu rəqabətdə Mil-Beyləqan futbol klubunun qalibiyyət üstünlüyü vardır. Mil-Beyləqan futbol klubu hal hazırda Region liqasında mübarizə aparır, Mil-Muğan FK Azərbaycan Premyer Liqasında mübarizə aparır.
2025-26 sezonunda Mil-Muğan FK varisi hesab olunan İmişli FK Premyerliqaya vəsiqə qazanması ilə bu ikili arasında derbi öz əhəmiyyətini itirmişdir.
Heyət
Klubun heyəti (2019–2020)
(Kapitan)
Məşqçi Heyəti Baş Məşqçi-Kamran Məmmədli
1992-ci il sezonu Müstəqillik illərində Mil Beyləqan Çempionata I diviziyondan başladı.İlk sezonda Mil Beyleqan 18 oyunda 17 xal toplayaraq 5-ci sırada qərarlaşdı. SKomandaOQHMTFX1Nicat (Maştağa) 18 14 1 3 43–13 292Kür (Samux) 18 11 5 2 34–9 273Pambıqçı (Neftçala)18 10 4 4 44–23 244Bahar (Qum adası) 18 9 2 7 35–21 205Mil (Beyləqan) 18 6 5 7 24–39 176Gənclik (Şəki) 18 6 4 8 20–36 167OİK (Bakı) 18 5 3 10 9–14 138Şirvan (Ağdaş) 18 5 3 10 24–44 139Azərbaycan U-1618 4 4 10 21–29 1210Aran (Ucar)18 3 3 12 11–37 9*Qafqaz (Balakən)*Mərcanlı (Cəbrayıl)
1993-cü il sezonu Klub bu sezonda I diviziyon B qrupunda 16 oyunda 10 xal toplayaraq 8-ci sırada qərarlaşdı. SKomandaOQHMTFX1Xəzri (Buzovna) 16 14 1 1 48–3 292Pambıqçı (Neftçala)16 10 3 3 36–12 233Şəmkir16 10 2 4 24–14 224Şirvan (Şamaxı) 16 5 4 7 23–23 145Turan-2 (Tovuz) 16 5 3 8 17–27 136Çıraqqala (Siyəzən) 16 5 2 9 19–21 127Şirvan (Ağdaş) 16 5 2 9 20–41 128Mil (Beyləqan) 163 4 9 8–41 109Göyçay16 3 3 10 14–27 9*Şəfəq (Samux)
1993–1994-cü il sezonu Bu mövsümdə klub I Diviziyon C qrupunda mübarizə aparırdı.Beyləqan təmsilcisi 18 oyuna 3 xal toplayaraq 10-cu sırada qərarlaşdı. SKomandaOQHMTFX1OİK-Göyəzən (Qazax) 18 16 1 1 60–6 332 Zabrat 18 11 5 2 39–11 273Şəmkir 18 12 0 6 42–19 244 Turan-2 (Tovuz) 18 11 1 6 34–23 235 Məşəl (Bakı) 18 10 2 6 27–14 226AZAL (Bakı) 18 9 1 8 14–31 197 Şəfa (Naftalan) 18 5 1 12 25–41 118Avey (Ağstafa) 18 4 2 12 26–49 109 Pambıqçı (Zərdab) 18 4 0 14 16–77 810 Mil (Beyləqan) 18 1 1 16 6–18 3
Stadion Beyləqan Olimpiya İdman Kompleksi yerləşən stadion Mil Futbol Klubunun ev oyunlarını keçirdiyi məkandır. Beyləqan Şəhər Stadionu SSSR dönəmində istifadəyə verilmişdir. 2014-cü ildə əsaslı təmir edilib. 2019-cu ildə stadionun ərazisində Olimpiya İdman Kompleksi tikilmiş və stadion yenilənmişdir. Stadion 2500 oturacaqlıdır.Ot örtüyü sünidir.
Azərkeş və azərkeş qrupları "Mil-Beyləqan FK"-u Azərbaycanda və Qafqazda Böyük Azərkeş kütlələrindən birinə sahibdir. Beləki "Mil"in hər oyununda stadion tam olaraq azərkeşlərlə dolur. Klubun "Beyniqan Tayfa" adlı fan-klubu fəaliyyət göstərir. Fan-klub 2019-ci ildə fəaliyyətə başlayıb.
Veteran Futbolçular Qəşəm İsgəndərov Əli Səfərov
İstinadlar
Kateqoriya:Azərbaycan futbol klubları Kateqoriya:1955-ci ildə yarananlar