Freya Allan (tam adı: ; ) — İngiltərə aktrisası. Netflixdə yayımlanan Cadugər teleserialındakı Sintra şahzadəsi Sirilla roluna görə tanınır.
Həyatı Freya Allan Oksfordşirdə anadan olub. Oksfordda Hedinqton Məktəbində təhsil alıb. Bakingemşirdə Bekonsfilddə Milli Film və Televiziya Məktəbində təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə Mavi quş () və Milad ağacı () qısa filmlərində rol almışdır. Freya Allan Bornmut İncəsənət Universitetində təhsil alarkən Kapitan Firs () qısa filmində Linda obrazını canlandırmışdır.
Fəaliyyəti Allan Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanından adaptasiya olunmuş, fentezi-dram janrında çəkilmiş, Netflixdə yayımlanan Cadugər teleserialında Henri Kavill ilə birlikdə rol almışdır. Serialın çəkildiyi müddət ərzində Allan səkkiz ay Budapeştdə yaşamışdır. Allanın 2020-ci ilin əvvəllərində Londonda istehsal olunacaq və 2021-ci ildə debüt edəcək Cadugərin ikinci sezonunda da çəkiləcəyi gözlənilir.
Filmoqrafiya İl Filmin adı Filmin orijinal adı Rol Qeyd 2017Mavi quşBluebird Denni Qısa film 2017Milad ağacıThe Christmas Tree Milad ağacı qızı Qısa film 2017Kapitan FirsCaptain Fierce Linda Qısa film 2018Ölüm çölündəInto the Badlands Minervanın gəncliyi 1 bölüm 2019Dünyaların müharibəsiThe War of the Worlds Meri 1 bölüm 2019—indiyədəkCadugərThe Witcher Sirilla (Siri) Baş rol 2020Gunpowder Milkshake Evanın gəncliyi Film 2020Üçüncü günThe Third Day Karli Miniserial (çəkilişi gözlənilir); 5 bölüm
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:Uşaq aktyorlar