Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi "Xəmsə"sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır.
Xüsusiyyətləri Əlyazmasında "Xəmsə"yə daxil olan "Leyli və Məcnun" və "Yeddi gözəl" poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir.
Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır.
İstinadlar
Ədəbiyyat Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов. — Элм, 1979. — С. 92.
Kateqoriya:AMEA Əlyazmalar İnstitutunun kolleksiyası Kateqoriya:Miniatürlü Azərbaycan əlyazmaları Kateqoriya:Əlifba sırasına görə miniatürlü əlyazmalar Kateqoriya:Səfəvi incəsənəti Kateqoriya:Xəmsə Kateqoriya:XVII əsr əlyazmaları Kateqoriya:1602-ci ildə yarananlar