İriyarpaq doronikum — (lat. Doronicum macrophyllum)

Qısa morfoloji təsviri Çoxillik, hündürlüyü 50–150 sm olan, gövdəsi şırımlı, orta və ya yuxarı hissədən az budaqlı, vəzili-tüklü, qısa kökümsovlu bitkidir. Kökyanı yarpaqları uzunsaplaqlı, yumru və ya üçkünc ürəkvaridir, uzunluğu 30 sm, eni 20–25 sm çatır, orta və yuxarı yarpaqları oturaqdır. Səbətləri iri, diametri 10–20 mm enli zınqırovvaridir, qalxanvari çiçəkqrupunda yığılmışlar. Sarğısı 2–3 sıralı, yarpaqcıqları uzunsov lansetvari, sıx vəzilidir. Dilcik çiçəklərinin uzunu 20–30, eni 3–5 mm, sarı rəngdədir. Toxumcaları 3–5 mm, tinli silindirik-uzunsov, mixəyi rəngdədir; kəkili ağ, nahamar tüklü, toxumca ilə eyni ölçüdədir.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019

Yayılması BQ qərbi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ və subalp qurşağında yayılmışdır. Dağ meşələrində, subalp çəmənliklərində, dağ çaylarının kənarlarında bitir.Флора Азербайджана. Баку: Изд. АН Азерб. ССР, 1950–1961, Т. I–VIII.

İstinadlar

Kateqoriya:Azərbaycan florası Kateqoriya:Bitkilər