Finlandiya vətəndaş müharibəsi — Finlandiyada Finlandiya knyazlığından müstəqil dövlətə keçid mərhələsi ərzində ölkədəki hakimiyyəti ələ almaq üçün 1918-ci ildə başlayan vətəndaş müharibəsidir. Toqquşmalar Avropada Birinci Dünya müharibəsindən (Şərq cəbhəsi) sonra yaranan milli, siyasi və sosial qarışıqlıq zəminində baş vermişdir. Müharibədə Sosial Demokrat Partiyasının bir qolu tərəfindən idarə olunan Qırmızılar və konservativ əsaslı Senat və Almaniya İmperiyası tərəfindən idarə olunan Ağlar döyüşmüşdür. Sənaye və təsərrüfat işçilərindən ibarət yarımhərbi Qırmızı Qvardiya cənubi Finlandiyanın şəhər və sənaye mərkəzlərini idarə edərkən, fermerlərdən, orta və nisbətən üst sinif təbəqədən təşkil edilən yarımhərbi Ağ Qvardiya kənd mərkəzlərinə və şimali Finlandiyaya nəzarət edirdi.

Münaqişədən əvvəl Finlandiya cəmiyyətində əhalinin sürətli təbii artımı, sənayeləşdirmə, şəhərləşmə və hərtərəfli işçi hərəkatının yüksəlişi qeydə alınmışdı. Ölkənin siyasi və hökumət sistemləri demokratikləşmə və modernləşmənin qeyri-sabit mərhələsində idilər. Ölkədəki sosio-iqtisadi durum və əhalisinin təhsil səviyyəsindən başqa, milli düşüncə də zamanla inkişaf etdi, mədəni həyatda oyanış yaşandı.

Finlandiyada iqtidar boşluğuna səbəb olan Birinci Dünya müharibəsi Rusiya İmperiyasını çöküşə aparmış və ardınca hakimiyyət mübarizəsi üçün militarizasiyanı və sol yönümlü fəhlə hərəkatı ilə mühafizəkarlar arasında artan krizi özüylə gətirmişdi. Sovet Rusiyası tərəfindən silahlandırılan Qırmızılar 1918-ci ilin fevralında uğursuz ümumi hücum təşkil etmişdi. Apreldə Almaniya İmperiyasının dəstək qüvvələriylə güclənən Ağlar martda əks hücuma başladı. Müharibənin taleyini həll edən Vıborq (; ) və Tampere döyüşləri Ağlar və almanların Ağların ümumi qələbəsini gətirən Lahti və Helsinki döyüşləri Almaniya qoşunlarının qələbəsi ilə nəticələnmişdi. Siyasi zorakılıq bu müharibənin bir hissəsi olmuşdu. Təxminən 12500 Qırmızı məhbus düşərgələrdəki xəstəlik və yetərsiz qidalanma səbəbiylə dünyasını dəyişmişdi. 36000-i finlər olan 39000 nəfər münaqişədə həlak olmuşdu.

Nəticədə, finlər Rusiya idarəçiliyindən çıxaraq, Almaniyaya tabe Finlandiya monarxiyası qurmaq üçün Almaniyanın təsiri altına düşdülər. Bu plan Birinci Dünya müharibəsində Almaniyanın məğlub edilməsindən dolayı baş tutmadı, əvəzində Finlandiya müstəqil, demokratik bir dövlətə çevrildi. Vətəndaş müharibəsi onillər ərzində xalqı müxtəlif qütblərə ayırmışdı. Finlandiya cəmiyyəti uzun müddətli mülayim siyasi mədəniyyətə əsaslanan sosial kompromislər, din və müharibə sonrası iqtisadi yaxşılaşma vasitəsilə yenidən birləşdi.

Arxa planı left|thumb|175px|Rusiyanın tərkibində olan Finlandiya knyazlığının 1825-ci ilə aid xəritəsi. Xəritədəki yazılar rus və isveç dillərində yazılıb|250px

Beynəlxalq siyasət Finlandiya vətəndaş müharibəsinin arxasındakı əsas faktor Birinci Dünya müharibəsinin yaratdığı siyasi böhran idi. Böyük Müharibənin basqıları altında 1917-ci ildə Fevral və Oktyabr inqilabları baş vermiş, Rusiya İmperiyası dağılmışdır. Bu sarsıntı iqtidar boşluğu yaratmış və sonrasında Şərqi Avropada hakimiyyət mübarizələrinə səbəb olmuşdur. Bu qarışıqlıqda Rusiyanın Finlandiya knyazlığı da dağılmışdı. Qitənin içərisində yerləşən Moskva-Varşava keçidindən daha az geosiyasi önəmə sahib olan Finlandiya təcrid olmuş bir şəkildə Baltik dənizinin yanında yerləşirdi. Bu sabitlik 1918-ci ilə qədər davam etmişdi. Almaniya İmperiyası və Rusiya arasındakı müharibənin finlər üzərində yalnız dolaylı təsirləri var idi. 19-cu əsrin sonlarından bəri Finlandiya knyazlığı inkişaf edən Rusiya İmperiyasının paytaxtı Petroqrad (müasir Sankt-Peterburq) üçün vacib sənaye məhsulu, ərzaq, əmək və xammal mənbəyinə çevrilmişdi və Birinci Dünya müharibəsi onun bu rolunun önə çıxmasına səbəb olmuşdu. Stratejik olaraq Finlandiya ərazisi nisbətən az əhəmiyyətli eston-fin keçidinin şimal hissəsi idi və Narva bölgəsi, Fin körfəzi və Karel bərzəxi vasitəsilə Petroqrada gedən yollan üzərində bufer zona yaradırdı., , , ,

Alman İmperiyası həm Birinci Dünya müharibəsi müddətində, həm də gələcək dövrlərdə Şərqi Avropanı, əsas da Rusiyanı lazımlı məhsul və xammal mənbəyi olaraq görürdü. Onun sərvətləri iki cəbhəli müharibə tərəfindən gərilmişdi: Almaniya bolşeviklər və Sosialist İnqilabçılar Partiyası kimi inqilabçı, pangermanizm yönümlü olan Finlandiya milli fəal hərəkatı kimi radikal, sseparatçı qruplara maliyyə dəstəyi təmin etməklə Rusiyanı bölməyə cəhd etdi. Bu məqsədlə 30–40 milyon mark isifadə edildi. Fin bölgəsinin idarəsi Alman İmperiya Ordusuna mədən sənayesi üçün lazım olan zəngin xammala sahib Petroqrad və Kola yarımadasını işğal etməyə şərait yarada bilərdi. Finlandiyanın geniş filiz ehtiyatları və yaxşı inkişaf etmiş meşə sənayesi var idi., , , , , , , ,

1809-dan 1898-ci ilə qədər davam edən Paks Russica dövründə Finlandiyanın ətraf ərazilər üzərində olan hakimiyyəti zamanla artmış və Rusiya-Finlandiya əlaqələri Rusiyanın digər hissələriylə müqayisədə çox mülayim idi. Rusiyanın 1850-ci illərdə Krım müharibəsində məğlub olması ölkənin modernləşməsinin sürətləndirən cəhdlərin artmasına səbəb oldu. Bu, Finlandiya knyazlığında, fin dilinin statusunun yüksəlməsi də daxil olmaqla, 50 illik iqtisadi, sənaye, mədəni və təhsil inkişafını özüylə gətirdi. Bütün bunlar fin milliyətçiliyini və Fennomaniya hərəkatının yaranması vasitəsilə mədəni birliyi cəsarətləndirdi. Fennomaniya finləri daxili idarə hüququna təşviq edir, Finlandiya knyazlığının Rusiya imperiyası daxilində muxtar dövlət olması fikrini dəstəkləyirdi., , , , , , ,

1899-cu ildə Rusiya İmperiyası Finlandiyanın ruslaşdırılmasıyla birlikdə inteqrasiya siyasətinə başladı. Güclənmiş, panslavist mərkəzi iqtidar Rusiya Çoxmillətli Hakimiyyət Birliyini birləşdirməyə çalışırdı, çünki Almaniya və Yaponiyanın yüksəlməsiylə birlikdə Rusiyanın hərbi və strateji durumu riskli vəziyyətdəydi. Finlər artan hərbi və inzibati nəzarəti Zülmün Birinci Periodu adlandırdılar və ilk dəfə fin siyasətçilər Rusiyadan ayrılmaq ya da müstəqil Finlandiyanı qurmaq barədə planlar cızmağa başladılar. İnteqrasiya ilə mübarizə aparmaq üçün fəallar işçi sinfindən çəkilməyə, isveç dilli ziyalılar terror hadisələri törətməyə başladılar. Birinci Dünya müharibəsi və germanizmin yüksəliş dövründə isveç svekomanlar Almaniya İmperiyası ilə gizli əməkdaşlıq yaratdı. 1900 fin könüllüdən təşkil olunan Yaqer (; ) batalyonu 1915–17-ci illərdə Almaniyada təlim keçdi., , , , , , , , ,

Daxili siyasət Finlər arasında siyasi gərginliyi artıran əsas səbəblər rus çarının avtoritar idarəsi və krallıq mülkünün demokratik olmayan sinif sistemidir. İkinci səbəb Rusiya hakimiyyətindən əvvəl mövcud olan İsveç İmperiyası dövründə yaranmış sistem idi və bu sistem Finlandiya xalqını iqtisadi, sosial və siyasi olaraq bölmüşdü. Finlandiya əhalisi 19-cu əsrdə sürətlə artmışdı (1810-cu ildə əhalinin sayı 860000, 1917-ci ildə 3130000 olmuşdur) və bu dövrdə sənaye, fermer və kənd təsərrüfatı işçi sinfi yaranmağa başlamışdı. Qərbi Avropanın qalanından daha gec başlasa da, Sənaye İnqilabı Finlandiyada çox sürətli gedirdi. Sənayeləşmə dövlət tərəfindən maliyyələşdirilir və sənaye prosesi ilə əlaqədar sosial problemlərin bəziləri idarəetmə hərəkətləri ilə azaldılırdı. Şəhər işçiləri arasındakı sosio-iqtisadi problemlər sənaye böhranının mərhələləri dövründə daha da dərinləşmişdi. Kənd işçilərinin mövqeyi on doqquzuncu əsrin sonundan sonra pisləşmişdi, çünki fermer təsərrüfatı daha effektiv və bazar yönümlü olmuşdu. Sənayenin inkişafı kənd yerlərindəki sürətli əhali artımından tam şəkildə istifadə etmək üçün yetərincə güclü deyildi.Əsrlər boyu finlərin coğrafi ərazisi, İsveçin böyük bir İskandinaviya İmperiyasına qədər inkişafının möhkəm bir hissəsi olmuşdur. Dil xaricində (Finlər iki dilli xalq olmuşdu), xalqın mədəniyyəti İsveç rəhbərliyi və ortaq Lüteran kilsəsinin hakim olduğu qərb və şərq bölgələri arasında əhəmiyyətli dərəcədə fərqlənmədi., , , , ,

Skandinav-Fin (Fin-uqor xalqları) və Rus-Slav mədəniyyətləri arasındakı fərq fin milli inteqrasiyasının təbiətinə öz təsirini göstərmişdi. Üst sosial sinif idarəni ələ almış və 1809-cu ildə Rus çarından daxili muxtariyyət əldə etmişdi. İdarəçilər elit və ziyalılar tərəfindən idarə olunan muxtar Finlandiya dövlətinin inşasını planlaşdırdılar. Fennomaniya hərəkatı sadə xalqı qeyri-siyasi bir mühitə çəkməyi hədəfləmişdi, işçi hərəkətləri, tələbə birlikləri və spirtli içki qadağasını dəstəkləyən hərəkətlər ilk başda yuxarıdan idarə olunurdu.Orta Avropa və materik Rusiyasındakı inkişaflardan fərqli olaraq, İsveç rejiminin siyasəti üst təbəqənin iqtisadi, siyasi və sosial nüfuzunun feodal torpaq mülkiyyəti və kapitalına əsaslanması ilə nəticələnmədi. Kəndlilər nisbi sərbəstlik içərisində var idi, heç bir krepostallıq ənənəsi olmadı və görkəmli mülklərin qüdrəti dövlət quruluşu ilə sənayeləşmə arasındakı qarşılıqlı əlaqəyə bağlı idi. Meşə sənayesi Finlandiya üçün həyati bir sahə idi və kəndlilər meşə ərazisinin böyük bir hissəsinə sahib idilər. Bu iqtisadi düşüncələr İsveç dilində danışan yuxarı sinif sosial təbəqəsi arasında Fennomaniyanın doğulmasına səbəb oldu., , , ,

right|250px|thumb|Tampere 2015-ci ildə. Şəhər 1905-ci il ümumi tətillərində ideoloji mərkəzlər arasında idi. Şəhər, həmçinin, Finlandiya vətəndaş müharibəsinin strateji əhəmiyyətli nöqtəsi olmuşdur.

1870–1916-cı illər aralığında sənayeləşmə sosial vəziyyəti yaxşılaşdırmış, işçi sinfinin özgüvənini formalaşdırmışdır. Ümumi xalqın standart yaşayışı yüksəlsə də, varlı və kasıb arasındakı uçurum önəmli səviyyədə dərinləşmişdi. Sadə insanlarda sosio-iqtisasi fərqindəlik və siyasi iştirakçılığın artması sosializm, sosial liberalizm və milliyətçilik ideyalarını gündəmə gətirmişdi. İşçilərin təşəbbüsləri və bu təşəbbüslərə idarəçilərin cavabları Finlandiyada sosial münaqişəni dərinləşdirmişdi.Sosializ mülk sinif sisteminin antitezisi idi. , , , , ,

19-cu əsrin sonlarında spirtli içki qadağası, dini və Fennomaniya hərəkatından yaranan fin işçi hərəkatı fin milliyətçi işçi sinfi xarakteri daşıyırdı. Hərəkat 1899–1906-cı illərdə Fennomaniya hakimiyyətinin patriarxal düşüncəsinə işıq tutaraq, tam şəkildə müstəqil oldu və 1899-cu ildə təsis edilən Finlandiya Sosial Demokrat Partiyası ilə təmsil olunmağa başlandı. İşçilərin fəallığı ruslaşdırma siyasətinə qarşı və sosial problemlərin həllinə yönəlmiş, demokratiya tələbinə cavab vermişdi. Bu, bir növ 1880-ci illərdən bəri fin əsilzadə-burjuaziyası ilə işçi hərəkəti arasında ümumi xalq səsvermə hüququyla bağlı davam edən daxili münaqişəyə olan reaksiya idi.Səs hüququ uğrunda güc mübarizəsi iki qat idi. Bir kəndli-ruhani ittifaqı ilə zadəgan-burgerlər arasında İsveç və ya Fin dilinin hakim olması və işçi hərəkatı ilə elita arasında parlament demokratiyası uğrunda bir mübarizə var idi. Kəndli-ruhanilər mülklər daxilində Fin dilində danışan əhalinin siyasi gücünü artırmaq üçün sinif sistemindəki sadə insanlar üçün səs hüquqlarını dəstəkləmişdilər, lakin zadəgan-burgerlər planı dayandırdılar., , , , , , , , , , , , , .