Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı.
Həyatı 1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş,Sezer Duru (2003). Tezer Özlü’ye Armağan. Yapı Kredi Yayınları. ISBN 978-975-363-309-3. 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır.
1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir. 1981-ci ildə Berlinə getmiş, Kıraldan ayrılmışdır. Kanadada yaşayan İsveçrə əsilli sanatçı Hans Piter Marti ilə tanış olmuş, 1984-cü ildə onunla evlənərək Sürixə köçmüşdür. 18 fevral 1986-cı ildə orada vəfat etmişdir. Ölüm səbəbi döş xərçəngi olmuşdur. Məzarı Aşiyan qəbristanlığındadır.
Əsərləri
Köhnə bağça (1978) Uşaqlığın soyuq gecələri (1980) Həyatın sonuna səyahət (1984) Köhnə bağça - köhnə sevgi (1987) Qalanlar (1995) Zamanın xaricində həyat (2000)
İstinadlar
Kateqoriya:Türkiyədə doğulanlar Kateqoriya:Sürixdə vəfat edənlər Kateqoriya:XX əsr Türkiyə yazıçıları