Monetarizm - tədavüldəki pulun miqdarında hökumətin rolunu vurğuluyan monetar iqtisadiyyatdakı iqtisadi təlim məktəbidir. Monetarist nəzəriyyəyə görə pul təklifindəki dəyişmələr ölkə istehsalında qısa müddətli, qiymətlər üzərində isə daha uzun periodlu böyük təsirlər göstərir. Monetaristlər monetar siyasətin hədəflərinin istənilən kimi qarşılanması üçün diskreditasiya edilmiş monetar siyasəti ön plana çıxarmaq əvəzinə, pul təklifindəki artım nisbətinin hədəflənməli olduğunu iddia edirlər.Phillip Cagan, 1987. "Monetarism", The New Palgrave: A Dictionary of Economics, v. 3, Reprinted in John Eatwell et al. (1989), Money: The New Palgrave, pp. 195–205, 492–97.
Bu gün monetarizm əsasən Milton Fridmenin əsəriylə əlaqəli olaraq bilinir. O əvvəllər keynsçi iqtisadiyyatı qəbul edib daha sonra Keynsin geriləmə dönəmləriylə mübarizə aparmaq üçün maliyyə siyasəti (hökumət xərcləmələri) güdülməli olduğu fikrini tənqid edənlərdən biri idi."Milton Friedman—Economist as Public Intellectual" .. Dallasfed.org (April 1, 2016). Retrieved on September 6, 2017. Fridmen Anna Şvartzla birlikdə önəmli "ABŞ-nin Monetar Tarixi, 1867-1960" kitabını yazdı və "inflyasiyanın həmişə və hər yerdə monetar bir fenomen olduğunu" iddia etdi.
ABŞ Mərkəzi Bankının mövcudluğuna qarşı çıxsa da Fridmen düşünürdü ki mərkəzi bank pul təklifinin artışını mallara olan tələb və məhsuldarlıqdakı artışa uyğun olaraq saxlayan bir siyasəti hədəfləməliydi.Salter, A.W. (2014). An Introduction to Monetary Policy Rules. Mercatus Workıng Paper. George Mason University.
İstinadlar
Mənbə
Kateqoriya:İqtisadiyyat Kateqoriya:Pul sistemləri Kateqoriya:İqtisadi terminlər Kateqoriya:Kapitalizm Kateqoriya:Siyasət Kateqoriya:İqtisadi fikir cərəyanları Kateqoriya:İqtisadi düşüncənin tarixi Kateqoriya:XX əsrdə iqtisadiyyat Kateqoriya:XXI əsrdə iqtisadiyyat