Səlcuqlu qülləsi — Konyanın Səlçuqlu dairəsində "Nalçacı Transformasiya Layihəsi" çərçivəsində Konya köhnə avtovağzalının yerinə inşa edilən 163 m. hündürlüyündə 42 mərtəbəli göydələn.
Ümumi məlumat Göydələn Konya və Mərkəzi Anadoluda inşa edilən ən hündür göydələndir. Türkiyənin 6-cı göydələni ünvanına sahibdir. Göydələn 2006-cı ildən istifadəyə verilib.
Bina Konyanın rəsmi avtomobil nömrə nişanının 42 olmasına görə 42 mərtəbə inşa edilmişdir və son iki mərtəbəsi digər mərtəblərdən fərqli olaraq, dairə şəklindədir. 41 və 42-ci mərtəbələr restoran olaraq nəzərdə tutulmuşdur, həmçinin öz oxu ətrafında fırlanması planlaşdırılır. Bundan əlavə, binanı Konyanın hər tərəfindən görmək mümkündür.
İstinadlar
Xarici keçidlər Seljuk Tower
Kateqoriya:Konyadakı binalar və tikililər Kateqoriya:Türkiyədəki göydələnlər Kateqoriya:2006-cı ildə Türkiyədə yarananlar