Lesko qanadı () — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altındaSummerson, John (1963), The Classical Language of Architecture, London and New York: Thames & Hudson, pg 76. inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır.

Tarixi 270px|thumb|left|Jak Qujon tərəfindən hazırlanmış və Lesko qanadının mərkəzində yerləşən "Müharibə alleqoriyası" frontonu. Frontonda iki mələk II Henrinin monoqramını tutur. Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı () və II Henrix pilləkəni dövrümüzə çatmışdır.

Lesko qanadından şimalda Saat pavilyonu, Lemersye qanadı və Bove pavilyonu yerləşir. Sarayın şimal istiqamətində genişləndirilməsinə 1624-cü ildə XIII Lüdovik və Kardinal Rişelyenin hakimiyyəti dövründə başlanılsa da, 1626-cı ildə vəsait çatışmazlığına görə tikinti işləri dayandırılmış və yalnız 1639-1642-ci illərdə Jak Lemersyenin layihəsi tamamlanmışdır.Blunt, Anthony (1960). "Two Unpublished Drawings by Lemercier for the Pavillon de l'Horloge", The Burlington Magazine, vol. 102, no. 691 (October), pp. 446–448.Gady, Alexandre (2005). Jacques Lemercier, architecte et ingénieur du Roi, pp. 368–381. Paris: Maison des sciences de l'homme. . Lesko qanadının simmetrik davamı olan Lemersye qanadı İntibah memarlığı üslubunda inşa edilmişdir. Lemersye qanadının əlavə edilməsi ilə Luvrun sonuncu xarici orta əsrlər qalıqları da sökülmüşdür.

Memarlıq xüsusiyyətləri

Lesko qanadı Kral və Saat (və ya Salli) pavilyonları arasında yerləşməklə Luvrun daxili həyəti olan Karre həyətinə açılır.Bautier, Geneviève Bresc (1995). The Louvre: An Architectural History, p. 43. New York: The Vendome Press. . Tikili iki mərtəbə və Jak Qujonun barelyefləri ilə bəzədilmiş çardaqdan ibarətdir. Tikili fransız memarlığının ənənəvi xüsusiyyətlərindən biri olan maili damla örtülmüşdür. Birinci mərtəbənin dərinə yerləşdirilmiş pəncərələrinin tağlı pəncərələri arkada təəssüratı yaradır, onların arasında yerləşən qapıların üzərində izə öküz gözü pəncərələri yerləşdirilmişdir. İkinci mərtəbənin incə pilyastrlarla ayrılmış pəncərələri isə üçbucaqlı və tağlı frontonlarla tamamlanır. Qujon tərəfindən hazırlanmış fasad heykəlləri və memarlıq ornamentləri hiyləgərliklə memarlıq konstruksiyasına tabe edilmişdir, birinci mərtəbədə dövrümüzə çatmış kariatidalar zalı isə Qujon tərəfindən hazırlanmış və musiqiçilər qalereyasını saxlayan dörd kariatidanın adından alınmışdır. İstinadlar

Xarici keçidlər "Façade of the Cour Carrée (Wing Lescot)" at the Web Gallery of Art. Lescot Wing webpage at Louvre Website

Kateqoriya:Luvr sarayı Kateqoriya:Parisdəki binalar və tikililər