Rafael Fiziev (Fiziyev və ya Feyziyev) (, Qazaxstan) — Azərbaycanlı UFC döyüşçüsü. Döyüş üslubu Muay taydır.

Həyatı Rafael 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Atası milliyətcə azərbaycanlı, anası isə rusdur. Sonralar Qırğızıstana köçmüş və orada Qırğızıstan Polis Akademiyasında təhsil almışdır.https://mmaboxing.ru/fighters/mma/rafael-fiziev-113563.html

Karyerası Fiziyev peşəkar qarışıq döyüş sənətləri (MMA) karyerasında debütünü 18 iyul 2015-ci ildə Çində keçirilən W.I.N. Fighting Championships turnirində avstraliyalı Sem Bastinə qarşı etmişdir. O, qarşılaşmanın birinci raundunda nokautla qələbə qazanaraq peşəkar karyerasına uğurlu başlamışdır.

Daha sonra Fiziev peşəkar MMA karyerasını sürətli yüksəlişlə davam etdirmiş, 2017-ci ildə "Tiger Muay Thai" idman klubu ilə müqavilə imzalamış və 6 qələbədən sonra, nəhayət 2019-cu ilin aprelində UFC Fight Night: Overeem vs. Oleinik turnirində Maqomed Mustafayevə qarşı UFC-də debüt etdi. O, qarşılaşmanın ilk raundunda texniki nokautla məğlub olaraq peşəkar MMA karyerasındakı ilk məğlubiyyətini aldı. Həmin ilin oktyabrında UFC Fight Night: Maia vs. Askren turnirində amerikalı Aleks Uayt ilə qarşılaşan Fiziev rəqibini hakimlərin yekdil qərarı ilə məğlub etmişdir. Bu, onun UFC-də qazandığı ilk qələbə olmuşdur.

2020-ci ilin iyulunda UFC Fight Night: Figueiredo vs. Benavidez 2 turnirində britaniyalı döyüşçü Mark Diakese ilə qarşılaşan Fiziev rəqibini hakimlərin yekdil qərarı ilə məğlub etmişdir. Döyüşdə nümayiş etdirdiyi texniki müdafiə və zərbələrdən yayınma bacarığı geniş diqqət cəlb etmiş, qarşılaşma "Gecənin döyüşü" bonus mükafatına layiq görülmüşdür. Həmin ilin dekabrında isə UFC 256 turnirində braziliyalı döyüşçü Renatu Moykanu ilə qarşılaşan Fiziev birinci raundda texniki nokautla qələbə qazanmışdır. Bu, onun UFC-də ardıcıl üçüncü qələbəsi olmuş və döyüşdən sonra yüngül çəki dərəcəsində iddialarını açıq şəkildə ifadə etmişdir. Bu qələbəyə görə o, "Gecənin ən yaxşı çıxışı" bonus mükafatına layiq görülmüşdür.

2021-ci ilin avqustunda UFC 265 turnirində Bobi Qrin ilə qarşılaşan Fiziev rəqibini hakimlərin yekdil qərarı ilə məğlub etmiş və "Gecənin döyüşü" bonus mükafatına layiq görülmüşdür. Döyüşdən sonra hakimlərdən biri olan Cey Cey Ferraro Fizievin xeyrinə verdiyi 30–27 hesabı MMA ictimaiyyətində müzakirələrə səbəb olmuşdur. Həmin ilin dekabrında UFC Fight Night: Font vs. Aldo turnirində yeni zelandiyalı Bred Riddell ilə qarşılaşan Fiziev üçüncü raundda fırlanma zərbəsi (wheel kick) və ardınca endirdiyi zərbələrlə texniki nokautla qələbə qazanmışdır. Bu qələbəyə görə o, "Gecənin ən yaxşı çıxışı" bonus mükafatına layiq görülmüşdür.

2022-ci il iyulunda UFC on ESPN: dos Anjos vs. Fiziev turnirinin əsas döyüşündə keçmiş UFC yüngül çəki çempionu Rafael dus Anyus ilə qarşılaşan Fiziev beşinci raundda texniki nokautla qələbə qazanmışdır. Bu qələbəyə görə o, "Gecənin ən yaxşı çıxışı" bonus mükafatına layiq görülmüşdür. Döyüşdən sonra verdiyi müsahibədə Fiziev zarafatla dünyanın ən məşhur "Rafa"sının kim olduğunu müəyyənləşdirmək üçün ispaniyalı tennisçi Rafael Nadalı döyüşə çağırmış, hətta Nadalı öz idman növündə – tennisdə də məğlub edə biləcəyini bildirmişdir.

2023-cü ilin martında UFC 286 turnirində keçmiş müvəqqəti UFC yüngül çəki çempionu Castin Qeydci ilə qarşılaşan Fiziev üç raund davam edən döyüşün sonunda hakimlərin səs çoxluğu qərarı ilə məğlub olmuşdur. Qarşılaşma yüksək qiymətləndirilmiş və hər iki idmançı "Gecənin döyüşü" bonusuna layiq görülmüşdür. Üstəlik döyüş "Prezident seçimi ilə ilin döyüşü" nominasiyası üzrə ilin döyüşünə namizəd göstərilmiş, həmin qarşılaşma ilin ən yaxşı döyüşləri siyahısında 7-ci yeri tutmuşdur. Həmin ilin sentyabrında UFC Fight Night: Fiziev vs. Gamrot turnirində polyak döyüşçü Mateuş Qamrot ilə qarşılaşan Fiziev ikinci raundda ayaq nahiyəsindən aldığı zədə səbəbindən texniki nokautla məğlub olmuşdur. Bu, Fizievin peşəkar MMA karyerasında zədə səbəbindən qeydə alınan ilk texniki nokaut məğlubiyyəti olmuşdur.

2025-ci ilin martında keçirilən UFC 313 turnirində o, Castin Qeydci ilə revanş döyüşünə çıxmış, üç raundun sonunda hakimlərin yekdil qərarı ilə məğlub olmuşdur. Döyüş yüksək qiymətləndirilmiş və hər iki idmançı "Gecənin döyüşü" (Fight of the Night) bonusuna layiq görülmüşdür. Həmin ilin iyununda Bakıda baş tutan UFC on ABC: Hill vs. Rountree Jr. tədbirində İqnasio Bahamondes üzərində hakimlərin yekdil qərarı ilə inamlı qələbə qazanaraq öz uğur yoluna geri dönmüşdür. Bu qələbə Fizievin 2023-cü ildən sonra UFC-də ilk qələbəsi olmuşdur.

2026-cı ilin fevralında UFC 325 turnirində Fiziev avstraliyalı döyüşçü Maurisio Rafi ilə qarşılaşmış və ikinci raundda texniki nokautla məğlub olmuşdur. Bu, onun peşəkar MMA karyerasında nokautla aldığı ikinci məğlubiyyət olmuşdur. Həmin ilin iyununda UFC Fight Night: Baku turnirinin əsas döyüşündə Meksika təmsilçisi Manuel Torres ilə qarşılaşan Fiziev rəqibini ikinci raundda texniki nokautla məğlub etmişdir. Bu qələbə ilə yanaşı, o, gecənin ən yaxşı performansına görə təqdim edilən "Gecənin ən yaxşı çıxışı" bonus mükafatına da layiq görülmüşdür. İdmandan kənar 2021-ci ilin oktyabrında Fiziev ailəsi ilə birlikdə Qırğızıstanda dini baxışlarına görə təzyiqlərlə üzləşdiyini bildirmişdir. Onun sözlərinə görə, Qırğızıstan Müftiliyi və bəzi ictimai xadimlər tərəfindən hədəfə alınmasından sonra özü və ailəsi minlərlə təhqir və hədə dolu mesaj almışdır. Bu səbəbdən ölkəni tərk edəcəyini və artıq Qırğızıstan bayrağı altında çıxış etməyəcəyini açıqlamışdır. 2021-ci ildən etibarən Rafael Fiziev UFC-də Azərbaycan bayrağı altında çıxış edir. 2025-ci ildə verdiyi müsahibədə bu qərarını belə izah edib: "Tarixi vətənimə, mənim kimi insanların yaşadığı yerə getdim. Hər şey belə baş verdi." Onun sözlərinə görə, həmin hadisələrdən sonra Qırğızıstanı artıq öz evi hesab etmədiyini anlayıb və karyerasını Azərbaycan bayrağı altında davam etdirməyi seçib.

2022-ci ildə kompüter oyunları istehsalçısı Electronic Arts, Rafael Fizievi top yüngülçəkili döyüşçü personajları siyahısına əlavə etdi.

Peşəkar MMA rekordu Peşəkar döyüşlər18 döyüş14 qələbə5 məğlubiyyətNokautla93Finiş (görüş sonu)52 NəticəRekordRəqibiYarışTarixMəkanQələbə14-5Manuel TorresUFC Fight Night 28027 iyun 2026Bakı, AzərbaycanMəğlubiyyət13-5Maurisio RufiUFC 325: Volkanovski vs. Lopes 21 fevral 2026Sidney, AvstraliyaQələbə13-4İqnasio BahamondesUFC on ABC: Hill vs. Rountree Jr.21 iyun 2025Bakı, AzərbaycanMəğlubiyyət12-4Castin QeydciUFC 313: Pereira vs. Ankalaev8 mart 2025Las Veqas, Nevada, ABŞMəğlubiyyət12-3Mateuş QamrotUFC Fight Night: Fiziev vs. Gamrot23 sentyabr 2023Las Veqas, Nevada, ABŞMəğlubiyyət12-2Castin QeydciUFC 286: Edwards vs. Usman 318 mart 2023London, Böyük BriyaniyaQələbə12-1Rafael dos AnjosUFC on ESPN: dos Anjos vs. Fiziev9 iyul 2022Las Veqas, Nevada, ABŞQələbə11-1Brad RiddellUFC on ESPN: Font vs. Aldo4 dekabr 2021Las Veqas, Nevada, ABŞQələbə10–1Bobbi QrienUFC 265: Lewis vs. Gane7 avqust 2021Hyuston, Texas, ABŞQələbə9–1Renato MoykanoUFC 256: Figueiredo vs. Moreno12 dekabr 2020Las Veqas, Nevada, ABŞQələbə8–1Mark DiakieseUFC Fight Night: Figueiredo vs. Benavidez 219 iyul 2020Əbu-Dabi, BƏƏQələbə7–1Aleks VaytUFC Fight Night: Maia vs. Askren26 oktyabr 2019SinqapurMəğlubiyyət6–1Maqomed MustafayevUFC Fight Night: Overeem vs. Oleinik20 aprel 2019Sankt-Peterburq, RusiyaQələbə6–0Nurcan TutkayevTitan FC 5121 dekabr 2018Almatı, QazaxıstanQələbə5–0Nandin ErdeneRoad FC 4523 dekabr 2017Seul, Cənubi KoreyaQələbə4–0Seung Yeon KimRoad FC 3910 iyun 2017Seul, Cənubi KoreyaQələbə3–0Suray BahadurPrimal FC24 mart 2017Pxuket, TailandQələbə2–0Gündüz NəbiyevBoroda FC10 oktyabr 2016Bişkek, QırğızıstanQələbə1–0Sem BastinW. I. N. Fighting Championships18 iyul 2015Şençjen, Çin

Xarici keçidlər

fighttime.ru saytındakı döyüş statistikası

Kateqoriya:UFC döyüşçüləri

İstinadlar

Kateqoriya:Azərbaycanlı UFC döyüşçüləri Kateqoriya:Qırğızıstan azərbaycanlıları Kateqoriya:Azərbaycan döyüşçüləri Kateqoriya:Azərbaycanlı şiə müsəlmanları