Jujan dili və ya Juanjuan () — Jujanların vaxtilə istifadə etdiyi dil. Eramızın 4-cü və 6-cı əsrləri arasında Jujan xaqanlığında istifadə edilmişdir. Pyotr Budberqin fikrincə Monqol dilləri qrupuna aid olub. Aleksandr Vovinin fikrincə isə heç bir dil qrupuna aid edilə bilməyən bir struktura sahib olmuşdur və Altay dillərindən deyil. 2019-cu tədqiqatlarından sonra isə Aleksandr Vovin fikrini dəyişdi və Jujan dilini Monqol dillərinə aid etməyə başladı.
Fonetika Jujan dilinin bəzi xüsusiyyətləri məlumdur:
ö səsi olmayıb inisial l- səsi sonluq -nd samit ikiliyi
Morfologiya Jujan dilində qadın cinsi üçün nəzərdə tutulmuş -tu- şəkilçisi olub.
Leksika Jujan leksikonunda bu sözlər məlumdur:
küskü – 'siçovul' ud – 'öküz' luu – 'əjdaha' < Orta Çin dilindən luŋ – 'əjdaha' yund – 'at' laγzïn – 'donuz' qaγan – 'xaqan' qan – 'xan' qaγatun – 'imperatriça' (xaqanın xanımı - xaxatun) qatun – 'xatun' (xanın xanımı) aq – 'peyin' and – 'and'
İstinadlar
Kateqoriya:Çin dilləri Kateqoriya:Monqol dilləri Kateqoriya:Asiya dilləri