Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə () — Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971). Azərbaycan KP MK-nın ikinci katibi
Həyatı Ələşrəf Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1930–1935-ci illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji — kəşfiyyat fakültəsində təhsil almışdır. 1942–1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938–1946 və 1954–1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir.Azərbaycanın geoloq və geofizik alimləri. Bakı: "Nafta -press", 2004. səh. 126 1946–1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949–1954-cü illərdə M. Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır.Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı-1980, səh. 170–171 1959–1970-ci illərdə Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat Layihə İnstitutunun direktoru olmuşdur. 1977–1985-ci illərdə Azərbaycan SSR EA İ. M. Qubkin adına Geologiya İnstitutunda "Regional geologiya və tektonika" şöbəsinin müdiri olmuşdur. Ələşrəf Əlizadə 1985-ci il 23 martda Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti Akademik Ə. Əlizadə 1938–1948-ci illərdə Azərbaycan SSR EA-nın akad. İ. M. Qubkin adına Geologiya İnstitutunun Elmi Şurasının üzvü olmuşdur. 1944-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi" mövzusunda dissertasiya müdafiə edib. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946-cı ildə isə kiçik həcmli-elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Ə. Əlizadə Azərb. SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparmış, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak etmişdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuşdur. Türkmənistan SSR-də apardığı tədqiqatlar nəticəsində Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmiş, Akçaqılın faunasını öyrənmişdir. Elmi kadrların hazırlanmasında xidmətləri var. Akademik Ə. Ə. Əlizadə regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid 500-dən artıq elmi əsərin müəllifidir.Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə, biblioqrafiya / AMEA Geologiya İn-tu ; red. A. Əli-zadə. — Bakı : "Nafta-press", 2011 "Yer və zəlzələlər", "Azərbaycanın Açıqgölü", "Türkmənistanın Açıqgölü", "Azərbaycanın Sarmatı", "Azərbaycanın paleogen yataqları" və s əsərlərin müəllifidir. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü (1976), Qubkin adına mükafatın laureatıdır (1973). SSRİ Ali Sovetinin (2-ci çağırış, 1946) deputatı olmuşdur. İki dəfə Lenin ordeni (1942, 1946), Qırmızı Əmək Bayrağı ordeni (1966) və medallarla təltif edilmişdir.
Əsərləri Майкопская свита Азербайджана и ее нефтеносность. Баку: 1945 Палеогеновые отложения Азербайджана. Баку: 1947 Акчагыл Туркменистана. т. 1–2. Москва: 1961–1967 Апшерон Азербайджана. Москва: 1973 Самрат Азербайджана. Москва: 1974
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:Azərbaycanlı geoloqlar Kateqoriya:Professorlar Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ-nin fəxri neftçiləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Bakı şəxsləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ geoloqları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:SSRİ paleontoloqları