Kim olduğumu düşünürsən () — Safi Nebbunun rejissorluğu ilə 2019-cu ildə istehsal edilmiş Fransa dram filmi. Filmdə əsas rolları Jülyet Binoş, Fransua Sivil və Nikol Qarsiya canlandırırlar.
Filmin premyeası 10 fevral 2019-cu ildə 69-cu Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. 3 oktyabr 2019-cu ildən filmin kinoteatrlarda çıxarılacağı gözlənilir.
Məzmun
Bir neçə il əvvəl həyat yoldaşının xəyanəti və boşanmanın ağır psixoloji təsirinə məruz qalan Kler (Jülyet Binoş) tədricən həyatını qaydaya salmağa çalışır. O, universitetdə dərs deyir, iki övladını böyüdür və müntəzəm olaraq gənc sevgilisi ilə vaxt keçirir. Lakin, bir gün gənc oğlan heç bir xəbər vermədən yoxa çıxır. Klerin yenicə stabilləşən dünyası dağılır.
Ümidsizlikdən xilas olmaq üçün Kler Facebookda saxta profil yaradır və özünü 24 yaşlı cazibədar Klara kimi təqdim etməyə başlayır. Tezliklər Klara və gənc fotoqraf Aleks (Fransua Sivil) arasında virtual münasibət başlayır. Sadə oyun kimi başlayan münasibət ciddiləşir və ehtiraslı sevgiyə dönür.
Rollarda Jülyet Binoş — Kler Millad Fransua Sivil — Aleks Çelli Nikol Qarsiya — Dr. Ketrin Bormans Mari-Anj Kasta — Katiya Giyom Qui — Lüdovik Dalua Çarlz Berlinq — Gills Culs Hupleyn — Maks Culs Quzlin — Tristan Frensis Lepley — Serj Pyer Girad — Pol Klod Perron- Solanj
Çıxarılması Filmin premyeası 10 fevral 2019-cu ildə 69-cu Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019-cu ilin filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:2010-cu illərin dram filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Belçika filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:2019-cu ilin Fransa filmləri Kateqoriya:2019-cu ilin dram filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Belçikanın dram filmləri Kateqoriya:Fransız romanlarının ekranlaşdırılması