Tofiq Nəzir oğlu Əsgərov- 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Həyatı Tofiq Nəzir oğlu Əsgərov 1935-ci ildə bakı şəhərinin Binə kəndində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlananda, ailəsi ilə birlikdə QazaxıstanınSemipalatinsk vilayətinin Iasmin rayonuna sürgün olunmuşdur. 1952-ci ildə Tofiq Əsgərov Tükmənistan Dövlət Tibb İnstitutuna daxil olur. 1958-ci ildə institutu bitirdikdən sonra, təyinat ilə Krasnovdsk şəhər xəstəxanasında həkim -cərrah kimi fəaliyyətə başlayır və həmin xəstəxananın baş həkimi vəzifəsində çalışır. Fəaliyyəti Bakıya qayıtdıqdan sonra 1965-ci ildə o, biliyini daha da artırmaq üçün Azərbaycan Dövlət Tibb Universitetinin klinik ordinaturasına daxil olmuşdur. 1967-ci ildə ordinaturanı bitirərək Azərbaycan respublikası xəstəxanasında cərrah-uroloq kimi işləməyə başlayır. Həmin ilin noyabr ayında Sankt-Peterburq şəhərində həkimlərin təkmilləçdirilməsi institutunun uroloji aspiranturasına daxil olmuşdur. Tofiq Əsgərov 1971-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını alır. Dissertasi müdafiəsindən sonra Azərbaycan respublikası Uroloji xəstəxanasında akademik M.D.Cavadzadənin rəhbərliyi altında cərrah-uroloq vəzifəsində çalışmağa başlamışdır. 15O-dən çox elmi əsərləri vardır.T.Səlimov-Şağani,Binə 2001 Həmçinin bax Mirməmməd Cavadzadə İstinadlar

Kateqoriya:Azərbaycan alimləri