Əhməd Haluk Dursun (; ) — Türk tarixçisi və bürokratı.

Təhsili və akademik karyerası Əhməd Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türkiyə Cümhuriyyətinin Yeni dövr və Tarix bölməsinindən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil fakültəsində işə başlayıb. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib.

Vəzifələri İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi.

2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi. 2012–2014 illəri arasında İstanbul Topqapı Sarayı Aşiqlər Dərnəyinin sədri seçildi. 2014-cü ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyinin müşaviri vəzifəsinə təyin edildi və öz istəyi ilə 2016-cı ilin aprelində təqaüdə çıxdı.

26 may 2017-ci ildə Baş Nazirlik|nazirliyin Dövlət rəsmilərinin Etika Komitəsinə üzv təyin edildi. Eyni zamanda Baş nazirlik Atatürk Mədəniyyət, Dil və Tarix İnstitutu İdarə heyəti üzvü olaraq vəzifə yerinə yetirmişdir. 20 iyul 2018-ci il tarixindən etibarən mədəniyyət və turizm nazirinin müavini təyin edildi.

Mədəniyyət və bədii məzmunlu proqramlar thumb|right|Türkiyə|Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin binası Müxtəlif zamanlarda, müxtəlif qəzetlərdə mədəniyyət və incəsənətə dair məqalələri yazdı, televiziyada tarix, mədəniyyət və incəsənət mövzusunda proqramlar hazırladı və təqdim etdi. Bəzi televiziya sənədli filmlərinin məsləhətçisi idi. Onun hazırlayib və təqdim etdiyi proqramlar bunlar idi; Monqolustanda Göytürk abidələri və türk mədəni irsi; Mustafa Kamal Atatürk|Mustafa Kamalın Rumeliyası — Saloniki; Monastır; Skopye; Sofiya; Qüds sənədli filmi; Şam Sertifikatı; Tuna sənədli filmi(məsləhətçi); Övliya Çələbi Həcc Yolunda (Məsləhətçi); Memar Sinan: Memar (Məsləhətçi); Yaşayan İstanbul; Əncir Toxumları (İskender Pala təqdim edir); Görəsən (Levent Erden və Prof. Gül İrepoğlu aparıcı və şərhçi)

Əsərləri İstanbulda Yaşama sənəti Nildən Tunaya Osmanlı yazıları Tuna gözəlləməsi Osmanlı coğrafiyasına səyahət Boğaziçində 40 ilim Ayasofya muzeyi|Ayasofya Muzeyi Mədəni İnvertarlaşdırılması Şəhər və Mədəniyyət: İstanbul, (Redaktor) Əncir toxumları: Hərəkədən cıxdım yola Sivilizasiya körpüsü beş şəhər, (Redaktor)

İstinadlar

Xarici keçidlər Ahmet Haluk Dursun kimdir? Ahmet Haluk Dursun Vefat eden Ahmet Haluk Dursun'un anlamlı Eyüp Sultan Türbesi anısı! Kültür Bakan Yardımcısı Haluk Dursun vefat etti İşte Prof. Dr. Ahmet Haluk Dursun'un son röportajı

Kateqoriya:Muzey direktorları Kateqoriya:Türk tarixçilər Kateqoriya:Türkiyə professorları Kateqoriya:Türkiyə muzeylərinin direktorları Kateqoriya:Türkiyə tarix akademikləri Kateqoriya:Topqapı sarayı Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:XXI əsr tarixçiləri Kateqoriya:Mərmərə Universitetinin müəllimləri