Əhməd Yaqub oğlu Əhmədzadə ()— alim, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortopediya kafedrasının müdiri (1998–2021). İlizarov aparatını Azərbaycanda ilk dəfə tətbiq etmişdir. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.

Həyatı və elmi fəaliyyəti Əhməd Əhmədzadə 1946-cı il fevral ayının 16-da Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhər 1 nömrəli orta məktəbdə almışdır. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1970-ci ildə buranı bitirmişdir. 1970–1973-cü illərdə təyinatla Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim travmatoloq işləmişdir.

1973-cü ildə Moskva şəhərində Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun kliniki ordinaturasına qəbul olmuşdur. 1975-ci ildə ordinaturanı bitirdikdən sonra həmin il əyani aspiranturaya daxil olmuşdur. 1978-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ildə Azərbaycana qayıdaraq Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında assisent vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

1983–1988-ci illərdə Moskva 2 nömrəli Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında doktorantura təhsili almışdır. 1988-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib, yenidən Azərbaycana qayıdır. Azərbaycan Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında professor vəzifəsində çalışmışdır. 1998-ci ildən ölənədək həmin kafedranın müdiri olmuşdur.

İlizarov aparatını Azərbaycanda ilk dəfə tətbiq edən şəxsdir.

İstinadlar

Mənbə Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.

Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri