Afaq Abbasova (Afaq Nurəhməd qızı Abbasova;) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. Azərbaycan Respublikasının əməkdar artisti, “Tərəqqi” medalı təltifçisi,2018-ci il MDB-yə üzv dövlətləri Debütlər birliyi beynəlxalq mükafatının laureatı
Həyatı Afaq Abbasova 2002–2006-cı illərdə Asəf Zeynallı adına musiqi kollecində,2006-2010 cu illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vokal təhsili almışdı bununla yanaşı İtaliyada görkəmli Opera ifaçılarından ustad dərsləri almışdır
Yaradıcılıq fəaliyyəti 2010-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Müxtəlif illərdə Azərbaycanda və ölkədən kənarda beynəlxalq layihələrdə, festivallarda və konsert proqramlarında Azərbaycanı təmsil etmişdir.
Çıxış etdiyi obrazlar
G.Donizetti Adina (“E’Lesir d’amore “) Cüzeppe Verdi — Dezdemona (“Otello”), Violetta (“Traviata”), Leonora (“Trubadur”)Aida (“Aida”) Cakomo Puççini — Mimi (“Bohema”), Lauretta (“Canni Skikki”),Giorgetta(“Il Tabarro”), Madama Butterfly (“Madama Butterfly”), Liu (“Turandot”), Manon (“Manon Lesko”), Toska (“Toska”) Ruggero Leoncavallo — Nedda (Pagliaccii) Jorj Bize — Micaela (“Karmen”) Sergey Raxmaninov — Zemfira (“Aleko”) Ü.Hacıbəyli Nigar (“Koroğlu”),Gülçöhrə (“Arşın mal alan”),Gülnaz (“O olmasın bu olsun”) Fikrət Əmirov Sevil, Dilbər “Sevil”, Firəngiz Əlizadə Mələk (“İntizar”) Cahangir Cahangirov Xanım (“Xanəndənin Taleyi)
Beynəlxalq çıxışlarının bir qismi Belqrad Opera və Balet Teatrı – C. Verdi “Trubadur” operasında Leonora,C. Puççini “Bohema”operasında Mimi (2019) Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı – C. Verdi “Aida” operasında Aida,R. Leoncavallo “Pagliacci”operasında Nedda(2016) P.Mascagni “Cavalleria Rusticana”operasında Santutza(2019) London Filarmoniya Orkestri ilə Wedmnistern Mərkəzi Zalında konsert (2014) Özbəkistan A. Navoi adına Dövlət Akademik Böyük Teatrı – C. Verdi “Trubadur” operasında Leonora,C. Puççini “Bohema”operasında Mimi (2017) Trieste (İtaliya), C.Verdi adına Teatro Lirico – R. Leoncavallo “Pagliacci”operasında Nedda,O.Respighi “Al Mulino” operasının ilk dünya primyerasında Anuska(2022) Kalabriya (İtaliya) – C. Verdi “Traviata” operasında Violetta “Opera konsert”(2023) Gran Teatro Puccini di Torre del Lago – 69-cu Puççini Festivalı, Bolonya Teatrı Orkestri ilə konsert dirijor Daniel Oren (2023) Viareggio (İtaliya) – Capodanno konsert (2024) Vyana Konzerthaus – “Odlar Yurdu” konserti (2023) Lucca (İtaliya), Teatro del Giglio – C. Puççini “Madama Butterfly”operasında Madama Butterfly(2024) Teatro Alfieri,Castelnuovo di Garfagnana İtaliya-C.Puççini “Bohema”Mimi(2024)
Beynəlxalq festivallar və qastrol səfərləri
Böyük Britaniya, İtaliya, Almaniya, ABŞ, Qazaxıstan, Rusiya, Moldova, Türkiyə, Malta, Yunanıstan, Gürcüstan, Avstriya, Uruqvay və digər ölkələrdə konsert və festivallarda iştirak etmişdir.
Mükafatları 2014-cü ildə Azərbaycanın Əməkdar Artisti adına layiq görülmüşdür."Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli, xxxx nömrəli Sərəncamı 2021-cü ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 30 aprel 2014-cü il, 6 may 2015-ci il,6 may 2016-cı il,1 may 2017-ci il,9 may 2018-ci il, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə, 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları