Muğan hadisələri — 1918–1919-cu illərdə Rusiya vətəndaş müharibəsi fonunda Muğanda Ağ qvardiya, bolşeviklər və Azərbaycan qüvvələri arasında qarşıdurma. Nəticədə Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu.
Oktyabr inqilabından və Qafqaz Cəbhəsinin dağılmasından sonra indiki Azərbaycan Respublikasının cənubunda Muğanda hakimiyyətsizlik yarandı. Yerli əhali ilə Rusiya imperiyası dövründə bu regionda məskunlaşmış rusların etnik gərginliyi hərbi əməliyyatlara çevrildi. Muğanlılar kimi tanınan rus mühacirlərin köməyinə bölgəni tərk etməkdən imtina edən bir çox rus sərhədçi zabitləri də gəlmişdilər.
Etnik toqquşmalar dövrü yalnız 1918-ci ilin aprelində Bakı kommunasının hissələri tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra başa çatdı, barışıq cəhdləri oldu. Lakin Sovet hakimiyyəti uzun sürmədi və Bakı Kommunası süquta uğrayandan bir neçə ay sonra Muğanda Rusiyanın ağ qüvvələrinin marionet hökuməti quruldu. Buna baxmayaraq, regionda vəziyyət anarxiyanın astanasında qaldı, hökumətin nüfuzu zəif idi və 1919-cu ilin aprelində regionda yenidən Sovet hakimiyyəti Muğan Sovet Respublikasının (MSR) simasında bərqərar oldu. Çar ordusunun zabitlərinin yeni Sovet hakimiyyətini tanımaqdan imtina etməsi və əvvəlki hökumətlərin liderlərindən biri olan polkovnik İlyaşeviçin həbsi Muğanda ağlar və qırmızılar arasında müharibəyə gətirib çıxardı. Eyni zamanda, azərbaycanlıların və talışların MSR-a qarşı yönəlmiş genişmiqyaslı üsyanı başladı, onların köməyinə Azərbaycanın müntəzəm ordu hissələri çatdı.
1919-cu ildə Azərbaycan Hərb Nazirliyi Muğan Sovet Respublikasının tədricən ləğvi ilə bağlı qərar qəbul etdi. İyulun ortalarında Salyan və Astara istiqamətindən hücuma başladılar. İyulun 23-də hərb naziri Səməd bəy Mehmandarov Lənkəran qəzasının sakinlərinə müraciət etdi. O müraciətində bildirirdi:
"Azərbaycan Respublikasının razılığı ilə vətəndaş müharibəsini sona çatdırmaq, sabitliyi bərpa etmək, sizi təcavüzkarlardan xilas etmək üçün Lənkəran qəzasına qoşun göndərirəm."
Müraciətdə qeyd edilirdi ki, Lənkəran qəzası yalnız Azərbaycan Respublikasının hakimiyyətini tanıyacaq. Bolşeviklər eyni vaxtda bir neçə cəbhədə döyüşməli olurdular. Astarada desantlar yerli sakinlərin köməyilə yerə endilər. Astraxanka kəndində Sovet hakimiyyətinə qarşı alternativ qurultay keçirildi. İyulun 28-i, səhər saatlarında bolşeviklər Lənkərandan çıxmalı oldular. Döyüşlərdə hərbi dəstələrin komandiri Otradnev öldürüldü. Sara adasına təxliyə olunma ilə bağlı qərar qəbul edildi. Şahsevən dəstələri hücuma keçdilər. Nəticədə regionda qəribə vəziyyət yarandı. Yerli sakinlər kimə tabe olmaqla bağlı qərar verə bilmirdilər. Bununla belə, regionda sovet hakimiyyəti sona çatdı. Onlar Sara adasında iki həftə qala bildi. Yerli əhali isə Azərbaycan hökumətinə tabe oldu.
Tarixşünaslıq Tarixçilər O. M. Morozova və T. F. Yermolenkonun yazdıqlarına əsasən, bu tarixi epizod nadir hallarda alimlərin diqqətini çəkir — hadisələrdən daha çox müasir etnik qarşıdurmalar ilə əlaqəli siyasi maraqlarda istifadə olunur. Bugünə qədər qorunmuş kiçik miqdarda olan sənədli sübutlar hadisələrin təhrif edilməsinə və əsassız şərhlərə zəmin verir. Sovet nəşrinin "Azərbaycan tarixi" nin üçüncü cildində (1963-cü il) hadisələrin xronologiyası qurulmamış, siyasi qüvvələrin qiymətləndirməsi ideoloji xarakter daşıyırdı. Ağ ordunun (Ağ qvardiya) müasir tədqiqatçıları üçün (V.E. Şambarov) Muğan hadisələri məşhur anti-bolşevik müqavimətinin bir nümunəsidirsə, Azərbaycan müəllifləri onları Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkat kimi şərh edirlər. "Xaos və etnoslar. Rusiyadakı etnik qarşıdurmalar, 1917–1918: yaranma şərtləri, salnamə, şərh, təhlil" (2011) monoqrafiyasında Rus tarixçisi V. P. Buldakov zorakılığın artmasında etnik qarşıdurmanın əhəmiyyətini nümayiş etdirərək, əsas hadisələrin xronologiyasını Bakı qəzetlərinə və heyət kapitanı V. A. Dobrininin xatirələrinə əsaslanaraq yenidən qurdu.
Tarixi Rus inqilabından öncə
left|thumb|180px|Kür və Arazın aşağı axınları arasındakı Muğan düzü Muğan düzü Kür və Arazın aşağı axınları və Talış dağlarının ətəkləri arasında yerləşir. İnqilabdan əvvəlki dövrdə Bakı quberniyasının Cavad və Lənkəran qəzalarının bir hissəsini tuturdu.
Bölgənin yerli əhalisini azərbaycanlılar (mənbələrdə çox vaxt türklər və ya tatarlar adlandırırdılar) və talışlar təmsil edirdi. Azərbaycanlılar oturaq həyat tərzi keçirən əhaliyə və köçərilərə (Şahsevənlər) bölünmüşdülər. Rus tarixçisi Olqa Morozovaya görə, yerli şiələr farslara, sünni müsəlmanlar isə türk sultanına yönəlmişdilər.
Muğan Rusiya imperiyasının miqrasiya siyasətinin yayıldığı yerlərdən biri idi. Gülüstan müqaviləsinin şərtlərinə əsasən, bölgə Rusiyaya birləşdirildikdən sonra, şimal hissəsindən olan bir çox köçəri və oturaq əhali Osmanlı imperiyasına köçdü. Onların yerinə ermənilər, almanlar və yunanlar gəldilər. Rus sektantları olan molokan və subotniklər xəzinə fonduna daxil edilən şahsevənlərin qış yataqlarında məskunlaşmışdılar. Muğan düzündə yerləşən Privolnoye (Cəlilabad) və Prişib kəndləri 1830-cu illərdə Zaqafqaziyada meydana gələn ilk rus kəndlərindən idilər.
Rusların Muğana köçürülməsi müxtəlif mənbələrə görə II Nikolayın hakimiyyəti dövründə, aralarında subotniklər, duxoborçev, staroobryadçev, malorussovların və s. olduğu rus yaşayış yerlərinin sayı Muğanda 48-dən 55-ə, ən yüksək həddə çatdı. Ruslar Lənkəran qəzasının mərkəzi olan Lənkəran şəhərində də yaşayırdılar. 1913-cü ilə aid sənədlərdə göstərilir ki, Qafqazdakı 150 minlik rus əhalisinin 20 mini Muğanda yaşayır. Rusdilli mənbələrdə Muğanın rus əhalisi muğanlılar kimi göstərilir.
Sovet yazıçısı B.Talıblı yazırdı ki, bölgə əhalisinin münaqişə qruplarına bölünməsi, dini və etnos fərqləri, miqrasiya prosesləri (köçərilərin köçməsi və yerləşdirilməsi) ilə asanlaşdırıldı. Talıblıya görə, Rusiyada mühacirətdə olan sektantlar burada hakimiyyət tərəfindən himayə olunan bir elementə çevrildi — rus mühacirlərinin dəstəklənməsi yerli əhali ilə qarşıdurmalara səbəb oldu. O.M.Morozova və T.F.Yermolenko Talıblının son məsələsəyə olan münasibətinə işarə edərək iddia edirlər ki, Çar hökumətinin Muğanın ruslaşdırılması ilə maraqlı olmasına baxmayaraq, bütün bölgə sakinlərinin maraqlarını nəzərə almağa çalışırdı. Bununla belə, Morozova və Yermolenkonun fikrincə, yerli hakimiyyət orqanlarının uğursuz işi, xüsusi tədbirlərin düşünülməməsi səbəbindən əhali çarizmin siyasətindən narazı idi.
+ Ana dilinə görə Lənkəran bölgəsi əhalisinin bölgüsü, 1897-ci ilAzərbaycanlılar84 72564.68 %Talışlar34 99126.71 %Ruslar9 7287.43 %Qalanları15431.18 %
Rusiyadakı vətəndaş müharibəsindən 90 il əvvəl, köçəri azərbaycanlılar qrupu olan Şahsevənlərin köç etdikləri torpaqlar, 1826–1828-ci illər Rusiya-İran müharibəsinə son qoyan Türkmənçay müqaviləsinə əsasən bölündü. Nəticədə, Şahsevənlərin qış otlaqları İran ərazisində, yay otlaqları isə Rusiya İmperiyası ərazisində qaldı. 1830-cu ildən etibarən İran hökuməti Şahsevənlərin Rusiya ərazisinə keçməsi üçün pul ödəmişdir; lakin varlıların köçürüldüyü kəndlərə tez-tez basqınlar edilirdi, 1884-cü ildə sərhədi keçməyə qadağa qoyulmuşdu. Buna baxmayaraq, Şahsevənlər sərhədləri tanımırdılar və bəzən rus və azərbaycanlıların məskunlaşdığı kəndlərə hücum edərək ənənəvi yolları ilə köç etməyə davam edirdilər. O.Morozovaya görə, oxşar vəziyyət Qarabağda və Qazax qəzasında da mövcud idi; erməni kəndlərinin köçərilərin marşrutları üzərində salınması münaqişələrə səbəb olurdu. Bundan əlavə, yalnız 1912-ci ildə Zaqafqaziyada təhkimçilik ləğv edildi, geri alınma və demarkasiya prosedurları aparılmadı. O.Morozovanın qeyd etdiyi kimi, Fevral inqilabından sonra milli-dini və sosial ziddiyyətlər kəskinləşdi.
Qafqazdakı siyasi vəziyyət Oktyabr inqilabından qısa müddət sonra Zaqafqaziya Muğana birbaşa təsir edən siyasi böhrana uğradı. Muğan hadisələrinin iştirakçısı olan Rusiya sərhəd zabiti, Muğan hadisələrinin iştirakçısı Dobrinin , vəziyyəti bu şəkildə izah edərək, təsvir etmişdi: </sup> 1918-ci il yanvarın ortalarında mənə sərhədi tərk edərək dəstələrimizin dağıldığı Lənkərana getməyimin əmri verildi. Məlum oldu ki, alayımız artıq tərxis olunub və əksəriyyəti evə gedib. Qafqaz cəbhəsi tamamilə dağıldı. Tiflisdə Seym adı altında bir hökumət quruldu. Yelizavetpol quberniyasında tatarlar hakimiyyəti ələ keçirdilər və intensiv şəkildə öz müqəddəratlarını təyin etdilər. Cəbhədən qayıdan hissələr tərksilah olunur və silahsızlaşdırılırlar. Bakıda bolşeviklər Müsavat (Tatar Milli Partiyası) ilə yarışır,kimin qalib gələcəyi hələ bilinmir. Dağıstanda, Çeçenistanda və Şimali Qafqazda — qarət və üsyanlar başladı. Rusiyada nələrin baş verdiyini heç kim bilmir, çünki biz tamamilə ondan ayrılmışıq.
1918-ci ilin fevral ayında Osmanlı ordusu Qafqaz Cəbhəsində genişmiqyaslı hücuma keçdi, döyüşlər zamanı rusların işğalı altında olan Şərqi Anadolunu azad etdilər və sonra Bakıya doğru irəlilədilər.
Muğan hadisələrinin xronologiyası Hərbi-siyasi hadisələrin xronologiyasının yenidən qurulması çətindir, tarixçilər hadisələrin iştirakçılarının xatirələrindən istifadə etməyə məcbur olurlar — V.A.Dobrininin sürgündə yazdığı emosional ahəngdə olan, lakin heyət haqqında dəqiq məlumatları, tarixləri, coğrafi adları və s. olan xatirələri dəyərli mənbədir. MSR-ının bölmələrində iştirakçıların xatirələri, qarşı tərəfin nöqteyi-nəzərini təmsil edir və düşərgəsində baş verənləri başa düşməyə kömək edir.
Rus və azərbaycanlılar arasında müharibə Muğan əsilli Q.A.Məmmədovun xatirələrinə görə,hakimiyyət böhranı 1917-ci ilin iyulunda başladı və payıza qədər bölgə anarxiyaya uğradı. Anarxiya şəraitində,oğurluq, qaçırılma, hücum, qətllər geniş yayıldı. 1917-ci ilin sonunda bir çox köçəri qəbilələr (birinci alar adlanan qəbilə idi) sərhədi keçərək bütün ərazilərdə hakimiyyəti ələ keçirdilər. O.Marozovaya görə, kəndlilərin etibarsızlığından faydalanan farsdilli köçərilər, yüngül xərac da topladılar.
1917–1918-ci ilin qışında Qafqaz Cəbhəsi ləğv olunduqdan sonra Muğanda millətlərarası qarşıdurmalar başladı. Bölgədə toplanan çox sayda silah, Rusiya-İran sərhədini və Ənzəlini tərk edən rus əsgərləri tərəfindən satıldı. Milliyyətçi əhval-ruhiyyənin artması keçmiş feodal hökumətinin nümayəndələri və bir neçə xanların da daxil olduğu yerli təsis məclisinə seçkilərdə öz əksini tapdı. Əhalinin liderlər ətrafında cəmləşməsi başladı: bir tərəfdən birlik rus zabitlərinin ətrafında getdi, digər tərəfdən müsəlmanlar bəy və mollalar ətrafında birləşdilər. Hər iki tərəfdən etnik təmizlənmə və kütləvi vəhşiliklər ilə müşayiət olunan qanlı qarşıdurmalar başladı.
Rus ordusunun dağılmasından sonra yerli rus əhalisi Privolnoye kəndində polkovnik İlyaseviçin, Lənkəranda polkovnik fon der Osten-Saken (29-cu Bakı Sərhəd Briqadasının hissələri) və s.komandanlığı altında sərhəd keşikçilərinin rəhbərlik etdiyi bir neçə "paralel taborlar" yaradaraq özlərinin təhlükəsizliklərini təmin etməyə başladılar.