Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiyası Bu inzibati ərazi dairəsinə Armudlu, Dükənlər, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu və Zamanpayası kəndləri də daxildir. Kənd Xəlfəliçayın sahilində yerləşir.. Xəlfəliçay Qarqarçaya tökülür Kənd Şuşa rayonunun şimal hissəsində, rayon mərkəzi olan Şuşadan 7 km aralıda yerləşir.

Tarixi Sovet dövründə kənd Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibində olan Şuşa rayonuna daxil idi.

Qarabağ münaqişəsi nəticəsində kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

2020-ci il 9–10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirdiyi hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.

Əhalisi Qarabağ müharibəsindən əvvəl kənddə yalnız azərbaycanlılar yaşayırdı. 1912-ci il "Qafqaz təqvimi"nə görə, kənddə əsasən "Tatarlar" kimi qeyd edilən 1 389 azərbaycanlı yaşayırdı. 1921-ci il siyahıyaalınmasına əsasən, kənddə "Azərbaycan türkləri" kimi göstərilən 1 073 azərbaycanlı yaşamışdır. 1986-cı il məlumatlarına görə, kənddə 117 nəfər yaşayırdı.

İstinadlar

Həmçinin bax

Malıbəyli Xəlfəliçay

Xarici keçidlər

Kateqoriya:Şuşa rayonunun kəndləri