Cənub-Pireneylər (, , ) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer).
Coğrafiya Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır.
İnzibati bölgü Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Bölgənin əsas hissəsini əvvəllər Qaskon, Langedok və Ruerq əyalətlərinə daxil olan ərazilər təşkil edir.
Əhali İqtisadi cəhətdən fəal əhali sayı: 936 min nəfər.
Tuluza şəhəri tələbə sayına görə Fransanın üçüncü böyük şəhəridir (Paris və Liondan sonra).
Əhalinin məşğuliyyəti: kənd təsərrüfatı: 14,4 % sənaye: 26,8 % xidmət sahələri: 58,8 % Airbus müəssisələrində (şirkətin mənzil-qərargahı Tuluza şəhərində yerləşir) 20 000-dən çox adam işləyir.
İstinadlar
Xarici keçidlər Bölgə şurasının rəsmi saytı Regional Council of Midi-Pyrénées Midi-Pyrénées, Province of France Holidays in Midi-Pyrenees, France
Kateqoriya:Fransa regionları Kateqoriya:Avropa Birliyində NUTS 2 statistika regionları Kateqoriya:1960-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1956-cı ildə yaranmış dövlətlər və ərazilər