() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qafqaz, Rusiyanın Avropa hissəsinin cənub rayonları və Krımı əhatə edir.
Botaniki xarakteristikası Hündürlüyü 40 m, gövdəsinin diametri 1,5 m olan iri ağacdır. Çətiri enli silindirik, ucu yumru, cavan budaqları çılpaq və ya tükcüklüdür. Qabığı boz və ya qırmızı qonur, dərin çatlayandır. Tumurcuqlari iti, uzunluğu 4-6 mm, yuxarı hissəsi narıncı qonur tükcüklü, alt tərəfi boz tükcüklüdür. Yarpaqları ellipsvari, ucu biz, bəzən 3 hissəli, uzunluğu 15 sm-dək, eni 5-6 sm, kənarları dişli, 15-20 cüt düz damarcıqlı, üstü nahamar, alt tərəfi və saplağı yumşaq tükcüklüdür. Aprel-mayda çiçəkləyir, iyulda meyvə verir. Meyvəsi əks-yumurtavari, ellipsvari və ya yumru, uzunluğu 3 sm olan qanadcıq, mərkəzdə oturan və yuxarı hissədə 5-8 mm olan tikişlə ayrılan, ipəkvari tükcüklü, açıq qırmızı qonur qozalıdır.
Ekologiyası İşıqsevən, quraqlığa, tüstüyə, qaza, şoranlaşmaya, şaxtaya davamlıdır.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii yayılmışdır.
İstifadəsi Dekorativ bitkidir. Tək əkinlərdə istifadəsi məqsədyönlüdür.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası