Çeroki dairəsi () — ABŞ-nin Alabama ştatının şimal-şərq hissəsində yerləşən bir dairə. 2020-ci ildə aparılmış siyahıyaalınmaya əsasən, əhalisi 24,971 nəfərdir. Qraflıq mərkəzi Senta şəhəridir. Dairə çerokilər tayfasının şərəfinə adlandırılmışdır.

Tarixi İndiki Çeroki dairəsinə daxil olan ərazilər əsrlər boyu muskoqlar (kriklər) adlı yerli amerikan millətinə aid idi. Çerokilər buraya hinduların məcburi köçürülməsindən bir nəsil əvvəl gəldilər. Dairənin yerli amerikan əhalisi bu gün də az sayda olmaqdadır.

9 yanvar 1836-cı ildə Alabama qanunvericilik orqanı müasir sərhədləri ilə Çeroki dairəsini yaratdı. İki il sonra Birləşmiş Ştatlar hökuməti ərazini tərk etmək istəyən çerokiləri zorla qovdu, bu hadisə tarixə "göz yaşları cığırı" kimi düşdü.

Çeroki dairəsi dini bayram zamanı 27 mart 1994-cü ildə yenidən xəbərlərə düşdü, çünki həmin gün orada şiddətli F4 tornadosu baş verirdi. Qoşen Birləşmiş Metodist Kilsəsi Birminqemdəki Milli Meteoroloji Xidmətin şimali Kalhun, cənub-şərq Etova və cənub Çeroki dairələrinə xəbərdarlıq etməsindən cəmi on iki dəqiqə sonra təbii fəlakət nəticəsində dağıldı.

İstinadlar

Kateqoriya:1836-cı ildə yaranan yaşayış məntəqələri Kateqoriya:1836-cı ildə yaranmış dövlətlər və ərazilər