Vüqar Muradov () — rəssam, Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü.

Həyatı Vüqar Muradov 1967-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildən Respublikada və xaricdə – Vaşınqtonda, Tehranda, Moskvada, Parisdə, Lüksemburqda və başqa ölkələrdə sərgiləri və fərdi sərgiləri keçirilib. Dəfələrlə mükafatlar qazanıb, müxtəlif kataloqlarda əsərləri dərc olunub. Son illər karikatura janrı ilə də məşğuldur.

2007-ci ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür.

İstinadlar

Kateqoriya:Azərbaycan karikaturçuları Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları