Yelena Çauşesku () — Rumıniya Sosialist Respublikasının komunist lideri Nikolae Çauşeskunun həyat yoldaşı və Rumıniya S. R.-in baş nazirinin müavini olmuşdur.

Haqqında 1989-cu il Rumıniya İnqilabı ilə hakimiyyətdən devrilmiş olan Nikolae Çauşeskunun həyat yoldaşıdır. Əsil adı Elena Petrescu olmuşdur.

1916-cı ildə Ilfovda bir kənddə kotan işləri məşğul olan bir ailənin qızı olaraq dünyaya gəlmişdir. Nicolae Ceauşescu ilə Rumıniya Komunist Partiyasında tanış olmuşdur. Daha sonra, 1939-cu ildə onunla evlənmişdir. 1980-ci ildə, Nazirlər Kabinetində Baş nazirin köməkçisi vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə baş vermiş olan qanlı Rumıniya inqilabından dərhal sonra həyata keçirilmiş olan hərbi məhkəmə tərəfindən ölüm cəzası verilmiş və həyat yoldaşı ilə birgə güllələnərək öldürülmüşdür.

İstinadlar

Mənbə John Sweeney. The Life and Evil Times of Nicolae Ceauşescu. 1991 Edward Behr. Kiss The Hand You Cannot Bite, 1991. ISBN 0-679-40128-8

Həmçinin bax Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı

Xarici keçidlər Ceausescu Web sitesi Romania Background Reports 1963–1989, Radio Free Europe/Radio Liberty — Mərkəzi Avropa Universitetinin — Xalqa açıq Arxivi

Kateqoriya:Rumıniya inqilabı Kateqoriya:Edam olunmuş siyasətçilər