Riçard Makkey Rorti (; ) — ABŞ filosofu. Analitik fəlsəfənin nümayəndələrindən biri. Prinston Universitetinin professoru idi.

Həyatı Riçard Makkey Rorti 4 oktyabr 1931-ci ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdu. Onun valideynləri Ceyms və Uinifred Rorti yazıçı və sosial-demokratlar idilər. Çikaqo Universitetində oxumuşdu.

Riçard Rorti 8 iyun 2007-ci ildə Palo-Alto şəhərində vəfat edib.

Fəlsəfəsi Bir çox digər fransız postmodernistlərdən fərqli olaraq Rorti bir amerikan olaraq incəsənətdən daha çox, praqmatizmə meyilli idi.

Onun nöqteyi‐nəzərincə, bilik fəaliyyətə xidmət etməlidir, fəlsəfə dünyanın hansısa mahiyyətinin, başlanğıcının axtarışında olmamalıdır, insan fəaliyyəti üçün vasitələr axtarib‐tapmalıdır.

Bir sıra tənqidçilər və müəlliflər Rortinun praqmatizm yönlü fəlsəfəsini Qərb sivilizasiyasının fundamental dəyərlərinə və rasionalist ənənələrinə qarşı üsyan kimi qiymətləndirsələr də, Rorti müasir fəlsəfənin klassiklərindən biri olaraq qalmaqdadır, təbii ki, özünün amerikansayağı düşüncə üslubu ilə.

Baumanın ardıcılı

Bauman sosioloji və fəlsəfi biliyin formalaşmasında başqa təmayülü interpretasiya edən ağlın strategiyasından da yazır. Bu mövqenin nümayəndələri belə bir fikri qəbul edirlər ki, hər hansı bir obyektin tədqiqi bu obyektin dəyişilməsinə səbəb olsa da, yadda saxlamaq lazımdır ki, onun ilkin forması heç də köhnəlməyib, yaşamaq hüququnu itirməyib. Qanunverici yanaşma monoloqa bənzəyirsə, belə yanaşma dialoqa bənzəyir. Bu cərəyanın strategiyasını işləyib hazırlayanlar — Freyd, Haydegger, Vitgenşteyn, Qadamer, Rikkert və Derrida olublar, davamçısı isə Riçard Rortidir. Burada ən çox gözə çarpan ənənə hermenevtikadır. Hermenevtika əvvəldən axıradək interpretasiya ilə bağlıdır, lakin sonuncu onunla bitmir.

Əsərləri

Orijinalda The Linguistic Turn. Recent Essays in Philosophical Method (Ed. and with an introd. by R. Rorty). Chicago — London, 1967; Philosophy and the Mirror of Nature. Princeton, 1979; The Consequences of Pragmatism. Minnesota, 1982; The Historiography of Philosophy: Four Genres // Philosophy in History (Ed. by R. Rorty, J. B. Schneewind and Q. Skinner). Cambridge, 1984; The Contingency of Selfhood. Illinois, 1986; Contingency, Irony and Solidarity. Cambridge, 1989; Philosophical papers: Objectivity, Relativism, and Truth (Vol. 1), Essays on Heidegger and others (Vol. 2). Cambridge, 1991; Rorty and Pragmatism: The Philosopher Responds to His Critics. Nashville & L., 1995.

Həmçinin bax Sosial fəlsəfə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ filosofları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Çikaqo Universitetinin məzunları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Ontoloqlar Kateqoriya:Metafiziklər Kateqoriya:Epistemoloqlar Kateqoriya:ABŞ ateistləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları