1966 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur.
18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürgens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur. Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürgens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.
Final № Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 Almanca Marqo Eskens "Die Zeiger der Uhr" Saatın əqrəbləri 10 7 02 Danca Ulla Pia "Stop — mens legen er go'" Hələ ki, getmək mümkün ikən, dayan 14 4 03 Fransızca Tonya "Un peu se poivre, un peu de sel" Bir az bibər, bir az duz 4 14 04 Fransızca Mişel Torr "Ce soir je t'attendais" Bu gecə səni gözləyirdim 10 7 05 Slovencə Berta Ambroj "Brez besed" Sözsüz 7 9 06 Norveçcə Ose Kleveland "Intet er nytt under solen" Günəşin altında yeni heç nə yoxdur 3 15 07 Fincə Ann Kristin "Playboy" Pleyboy 10 7 08 Portuqalca Madalena İqlesias "Ele e ela" O (oğlan) və o (qız) 13 6 09 Almanca, Fransızca Udo Yürgens "Merci, Chérie" Təşəkkür edirəm, əzizim 1 31 10 İsveçcə Lill Lindfors və Svante Turesson "Nygammal vals" Köhnə yeni vals 2 16 11 İspanca Rafael "Yo soy aquél" Mən həmin adamam 7 9 12 Fransızca Madelen Paskal "Ne vois-tu pas?" Sən yəni görmürsən? 6 12 13 Fransızca Tereza Kesoviya "Bien plus fort" Çox güclü 17 0 14 İtalyanca Domeniko Modunyo "Dio, come ti amo" Tanrım, səni necə də çox sevirəm 17 0 15 Fransızca Dominik Volter "Chez nous" Bizdə 16 1 16 Niderlandca Milli Skott "Fernando en Filippo" Fernando və Filippo 15 2 17 İngiliscə Dikki Rok "Come back to stay" Qalmaq üçün geri dön 4 14 18 İngiliscə Kennet MakKellar "A man without love" Sevgisiz kişi 9 8
Nəticələr Səsvermə nəticələri Cəmi Almaniya 7 1 5 1 Danimarka 4 1 3 Belçika 14 5 3 1 5 Lüksemburq 7 1 5 1 Yuqoslaviya 9 3 1 5 Norveç 15 1 3 3 3 5 Finlandiya 7 3 3 1 Portuqaliya 6 1 5 Avstriya 31 5 5 5 1 1 3 5 3 3 İsveç 16 5 5 5 1 İspaniya 9 1 5 3 İsveçrə 12 1 5 3 3 Monako 0 İtaliya 0 Fransa 1 1 Niderland 2 1 1 İrlandiya 14 3 3 5 3 Böyük Britaniya 8 3 5
Xarici keçidlər Eurovision.tv
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:1966-cı ildə Lüksemburq