Cessika Lenq (, )— 2 dəfə Oskar mükafatına layiq görülmüş amerikalı aktrisa.

2010-cu ildə Lanc, HBO seriyasındakı Boz Bağçalar (2009) filmindəki Jaklin Kennedinin xalası Edit Yuinq Buve Bil roluna görə ilk Emmi mükafatını qazandı. 2011-2014-cü illər arasında ilk Ekran Aktyorları Gildiyası Mükafatını, ilk tənqidçilər seçimi, 5-ci Qızıl Kürə, üç Dorian Mükafatını və serialın ilk, ikinci və üçüncü mövsümlərindəki çıxışlarına görə ikinci və üçüncü Emmi Mükafatlarına layiq görüldü.Pibodi mükafatlı Luis C.K.in veb saytında köməkçi rolu var. 2017-ci ildə Lanc, Münaqişə mini seriallarında aktrisa Coan Krauford rolu üçün 8. Emmi, 16. Qızıl Kürə, 6. Ekran Aktyorları Gildiyası və 2. TCA nominasiyasını qazandı. 2019-cu ildə Amerikan qorxu hekayəsindəki roluna görə onuncu Emmi namizədliyini aldı.

Həyatı

Cessika Lanc 1949-cu il aprel ayının 20-də Kloket, Minnesota şəhərində anadan olmuşdur . Ailəsi fin, alman və holland əsillidir. Orta təhsilini burada Minnesotada tamamladıqdan sonra burada, sənətşünaslıq ixtisası üzrə təhsil almışdır. Daha sonra Parisə köçərək burada da aktyorluq dərsləri alan Cessika 1973-cü ildə model olaraq ölkəsinə qayıtmışdır. Karyerası Cessika Lanc karyerasına 1976-cı ildə Dino De Laurentis tərəfindən çəkilən "King Konq" filmi ilə başlamışdır. Lakin bu film ona məşhurluq gətirmir. 1981-ci ildə "Poçtalyon qapını 2 dəfə döyməlidir" filmində yer alan aktrisa bu filmdə də uğursuzluqla qarşılaşır. Ona nüfuz qazandıran rolu isə 1982-ci ildə "Françis" filmində canlandırdığı Françis Farmer obrazı olmuşdur. Bu rol ilə ilk dəfə Oskara namizəd olmuşdur. Lakin ona Oskarı qazandıran "Tutsi" filmi olur. Aktrisa "ən yaxşı köməkçi qadın aktrisa" naminasiyasında Oskar mükafatına layiq görülür. 1980-1990- cı illərdə bir sıra filmlərdə iştirak edən aktrisa 1994-cü ildə Mavi Səma filmi ilə ikinci dəfə Oskar mükafatı laureatı olmuşdur. Bu dəfə o " Ən yaxşı aktrisa" naminasiyasında qalib olur.

Cessika Lanc bir neçə dəfə Brodvey səhnələrində də çıxış etmişdir. 2011-ci ildə məşhur amerikan tv serialı "Amerikan qorxu hekayəsi" serialında çəkilmişdir.

Filmoqrafiyası İlAdRol1976King KongDuan1979All That JazzAnjelik1980How to Beat the High Co$t of LivingLuis1981Notre Dame of the Cross1981The Postman Always Rings TwiceKora Papadakis1982TootsieJuli Nikols1982FrancesFrançis Farmer1984CountryJeuell İvay1985Sweet DreamsPatsi Klin1986Crimes of the HeartMarqaret 'Meq' Maqraz1988Far NorthKeyt1988Everybody's All-AmericanBabs Rocers Qrey1989Music BoxEn Talbot1990Men Don't LeaveBez Makuley1991Cape FearLeigh Bouden1992O Pioneers! !Aleksandra Berqson1992Night and the CityHelen Nasseros1994A Century of CinemaÖzü1994Blue SkyKarli Marşal1995Losing IsaiahMarqaret Leuin1995Rob RoyMery MakQreqor1997A Thousand AcresCini Kuk Smiz1997Off the Menu: The Last Days of Chasen'sÖzü1998HushMarta Barinq1998Cousin BetteBetti1999TitusTamora2001Prozac Nationxanım Vurtzel2003XXI Century2003Masked and AnonymousNina Veronika2003Big FishSandra Blum2003NakedIrma Eplvud2004Peace by Peace: Women on the FrontlinesSəsləndirən2005The Needs of Kim Stanley2005Broken FlowersKarmen2005Don't Come KnockingDorin2005NeverwasKaterina Pirsn2006BonnevilleArvilla2007The Mermaids Singing2007SybilDr. Kornelia Uilbur2009Grey GardensBöyük Edi2011American Horror StoryKonstans Lanqdon2012American Horror Story: AsylumRahibə Jud Martin2012The VowRita Tornton2013American Horror Story: CovenFiona Qud2013In SecretMadame Rakuin2014American Horror Story: Freak ShowElsa Marş2014The GamblerRoberta2015Wild OatsMaddi2018American Horror Story: ApocalypseKonstans Lanqdon İstinadlar

Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ buddistləri Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri