Elxan Cahangir oğlu Qəhrəman () — Azərbaycan Respublikası Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri (2016—2022), diplomat.
Həyatı Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olmuşdur. 1989 – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.
2000-ci ildə bitirmişdir.
1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır.
1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır.
1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
2001-2006-cı illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyində Birinci katib vəzifəsində çalışmişdır. 2006-cı ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyinin Dubaydakı Ofisində Konsul vəzifəsinə təyin olunmuşdur.
2006-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
2007-2009-cu illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyində Müvəqqəti İşlər Vəkili vəzifəsində çalışmişdır.
2009-2015-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyində Fövqəladə və Səlahiyyətli Səfiri.
2016-2022-cı illərdə Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri.
Xarici dillərdən ingilis, rus və türk dillərini bilir.
Evlidir, bir övladı var.
Mənbə Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın Küveytdəki səfirləri Kateqoriya:Azərbaycanın BƏƏ-dəki səfirləri