Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; ) — erməni yazıçı.
Həyatı Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur.
Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir.Большой Энциклопедический словарь. 2000. "Арази" 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır.
Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edirAzərbaycan Sovet Ensiklopediyası I cild, səh. 381.
Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Bundan başqa, 1928-ci ildə Arazinin "Hekayələr"i, 1930-cu ildə "Yaşayanlar" (tərcüməçi Fətəli İsmixanov), 1937-ci ildə isə "Seçilmiş əsərləri" (tərcüməçi Nigar Rəfibəyli, hansı dildən tərcümə edildiyi bilinmir) Bakıda nəşr edilmişdir.Əfqan Xəlilli, "Azərbaycan dilində nəşr edilmiş erməni müəlliflər — 2 ", 7 aprel 2019
Erməni sovet yazıçısı Arazi 21 dekabr 1964-cü ildə İrəvanda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Ermənistan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Proletar ədəbiyyatı Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Ermənistan yazıçıları