Aqneş Hranitski (tam adı: Aqneş Hranitski, ; ) — Macarıstan rejissoru və montajçısı. Həyat yoldaşı Bela Tarr ilə uzunmüddətli əməkdaşlığına görə tanınır.

Fəaliyyəti Hranitski kino sahəsində fəaliyyətə 1970-ci illərdə macar filmlərinin montajçısı kimi başlamışdır. 1981-ci ildə "Yad adam" filmini montaj edərək Bela Tarr ilə əməkdaşlığa başlamışdır. O vaxtdan Tarrın bütün filmlərini montaj etmişdir.

2000-ci ildə "Verkmeyster harmoniyası" ilə Hranitski Tarrın filmlərinin ikinci rejissoru kimi görünməyə başladı.

2007-ci ildə o, Tarrın baş rejissoru olduğu "Londonlu adam" filmində yenidən ikinci rejissor kimi fəaliyyət göstərdi. Film 2007 Kann kinofestivalında nümayiş olundu.

O, 2011-ci ildə "Turin atı" filmində yenidən ikinci rejissor kimi görünür. Film ilk dəfə 61-ci Berlin beynəlxalq kinofestivalında nümayiş olunmuşdur və Münsif Qran-pri mükafatına layiq görülmüşdür.

Şəxsi həyatı Aqneş Hranitski 1978-ci ildən bəri tanıdığı rejissor Bela Tarr ilə ailə həyatı qurmuşdur.

İstinadlar