Kərəm Əmiralı oğlu Hadızadə — Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur.
Həyatı Kərəm Əmiralı oğlu Hadızadə 15 sentyabr 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivallarında iştirak edib. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur.
Dram və kino aktyorudur. Bir neçə televiziya filmində və reklamda çəkilmişdir. Evlidir.
Mükafatları 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əsas rolları Məmmədhəsən əmi — ("Məkkəyə yol", C.Məmmədquluzadə) Hatəmxan ağa — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov) Xan — ("Sərgüzəti Vəziri xani Lənkəran", M.F.Axundov) Divan bəyi — ("Hekayəti-xırsi-quldurbasan", M.F.Axundov) Yolçu — ("Albalı bağı", A.Çexov) I sərxoş — ("Axırıncı qatar və yaxud itlər", İ.Fəhmi, O.Kazımi) Mister Qrimuik — ("Oliver Tvistin macəraları", Ç.Dikkens) Braak — ("Qedda Qabler", H.İbsen) Papas — ("Şeyx Sənan", H.Cavid) Silvestr — ("Skapenin kələyi", Molyer) İsgəndər — ("Sizə bənzər", R.İbrahimbəyov) Salamon — ("IV Kin", Q.Qarin) Balaxan — ("Aydın", C.Cabbarlı) Qoca — ("Şah Edip", Sofokl) Rəhim — ("Pəri Cadu", Ə.B.Haqverdiyev) Qürbət — ("Mənim ağ göyərçinim", T.Vəliyeva) Hətəm, Marlen — ("Əcəl atı", V.Əlixanlı) Tip — ("Məhv olmuş gündəliklər", İ.Əfəndiyev) Lorenso — ("Romeo və Cülyetta", U.Şekspir) Hatəmxan ağa — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundzadə) Naçalnik — ("Hacı Qara", M.F.Axundzadə) Oxay — ("Şahzadə Xəzərin nağılı", K.Ağabalayev, N.Kazımov) Əmir Teymur — ("Əlincə qalası", Dilsuz) Nihad — ("Pələng ili", F.Mustafa) Piri baba — ("Qaraca qız", S.S.Axundov, A.Şaiq) Peter ağa — ("Dörd əkizin nağılı", P.Pançev)
Filmoqrafiya 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Sovqat (film, 2009) Vəkil hanı? (film, 2011) Tağıyev. Məktəb (film, 2026) — Mir Məhəmməd Kərim
İstinadlar
Xarici keçidlər “Qaçaq qocalar” tamaşası nümayiş olunub
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları