WFMU — Cersi Siti (ABŞ) şəhərində yerləşən və 91.1 MHz tezliyində FM diapazonunda yayımlanan qeyri-kommersiya radio-stansiyası.
Tarixi WFMU 1958-ci ilin aprel ayında yayıma başlamışdır. Yayım lisenziyası Upsala kollecinə (UpsalaCollege) aid idi. 1995-ci ilin may ayında kollecin bağlanmasından bir müddət əvvəl, Auricle Communications ondan lisenziya aldı və o vaxtdan bəri radio-stansiya tam müstəqil hesab olunur. Auricle Communications özü qeyri-kommersiya təşkilatıdır, onun idarə heyəti radio-stansiyanın keçmiş və hazırkı işçilərindən və həmçinin WFMU-nun dinləyicilərindən ibarətdir. 1998-ci ilin avqust ayında radio-stansiya Cersi Siti (Nyu-Cersi ştatı) şəhərinə, radio dinləyicilərinin ianələri ilə əldə edilən binaya köçdü.
Fəlsəfəsi WFMU fəlsəfəsi – azad yayım formasına (freeform radio) sadiq olması ilə seçilir. Bütün pleylistlər DJ-lər tərəfindən tərtib edilir və hər hansı bir radio-format çərçivəsi ilə məhdudlaşmır. Proqramların demək olar ki, 100%-i radio-stansiyanın özündə istehsal edilir. "About WFMU
İstinadlar