Qroningen () — Qroningen şəhərindəki Hollandiyanın professional futbol klubu. 16 iyun 1971-ci ildə qurulub. Komanda ev oyunlarını 22.5 min tamaşaçı yerləşən Euroborg stadionunda evdə oynayır.

2017/18 mövsümündə "Qroningen" Erediviziyada 12-ci yeri tutmuşdur. Hollandiya çempionatında ən yüksək nailiyyəti 1990/91 mövsümündə 3-cü yerdir. 2015-ci ildə klub ilk dəfə Hollandiya Kubokunu qazandı. Komandanın baş məşqçisi Danni Byoysdur.

Tarixi Qroningen Futbol və Atletika Birliyi 26 yanvar 1921-ci ildə yaradılıb. 16 iyun 1971-ci ildə "Qroningen" futbol klubu yaradıldı. 1971/72 mövsümündə "Qroningen" ilk dəfə Erediviziyada iştirak etdi və mövsümü 12-ci sırada tamamladı. 2 ildən sonra o, sonuncu yeri tutub Birinci Diviziona düşdü.

1983-cü ildə Qroningen ilk dəfə UEFA Kubokuna qatıldı: ilk turda "Atletiko Madrid"i 4:2 hesabı ilə məğlub etdi, lakin ikinci turda "İnter Milana"ə 3:5 hesabı ilə məğlub oldu. Hollandiya Kubokunun 1988/89 mövsümündə Qroningen finala qədər irəlilədi və PSV-yə 1:4 hesabı ilə məğlub oldu. Bunun sayəsində, Qroningen UEFA Kuboklar Kuboku 1989/1990 mövsümündə çıxış etdi və ikinci tura qədər irəliləyə bildi.

2002-ci ilin noyabrından 2010-cu ilədək komandanın baş məşqçisi Ron Yans olub.

Heyət 2018/19 mövsümü üçün

Məşqçilər heyəti VəzifəsiAdıBaş məşqçi Danni ByoysAssistent-məşqçi Xenni SpeykermanAssistent-məşqçi Peter XukstraQapıçıların məşqçisi Bas RordaBədən tərbiyəsi məşqçisi Yan Arend VredeveldKlubun meneceri Edvin Bolt

Keçmiş oyunçular Yohan Neskens Ronald Kuman Ervin Kuman Mixael Reyziqer Aryen Robben Luis Suarez Bruno Silva

Baş məşqçiləri 300px Xans Vesterxof — iki dəfə klubun baş məçqçisi olub. 1989-cu ildə klubu Hollandiya Kubokunun fianlına kimi aparıb. 1990/91-ci ildə isə Erediviziyada bürünc medal qazanıb. Baş məşqçi İşinə başlaması İşinin bitməsi Ron Qrunevaud 01–07-1971 30–06-1975 Anton Qudxart 01–07-197530–06-1976 Yan Notermans 01–07-197630–06-1977 Teo Verlanqen 01–07-197730–06-1983 Xan Berqer 01–07-198330–06-1986 Rob Yakobs 01–07-198630–06-1987 Xenk van Brüssel 01–07-1987 30–06-1988 Xans Vesterxof 01–07-1988 30–06-1992 Pim Berbek 01–07-199226–02-1993 Len Loyn 27–02-199330–06-1993 Teo Vonk 01–07-199317–03-1994 Vim Kuvermans 18–03-199430–06-1994 Xans Vesterxof 01–07-1994 25–02-1997 Yan van Deyk 26–02-199720–06-1997 Vim Reysberqen 21–06-199731–03-1998 Yan van Deyk 01–04-199830–06-2001 Dvayt Lodeveqes 01–07-200121–10-2002 Ron Yans 22–10-200205–06-2010 Piter Xyostra 05–06-201010–05-2012 Robet Maskant 23–05-201230–06-2013 Ervin van de Loy 30–06-201330–06-2016 Ernest Faber 30–06-201630–06-2018 Danni Byoys 01–07-2018h.h.

Uğurları Erediviziyada bürünc medal — 1990/91 Hollandiya Kubokunun qalibi — 2014/15 Hollandiya Kubokunun finalçısı — 1988/89 Hollandiya Superkubokunun finalçısı — 2015

Kateqoriya:Niderland futbol klubları