() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı İran, Gürcüstan və Orta Asiyada geniş yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 2 m-ə çatan şaxəli, qışda yarpaqlarını tökən koldur. Budaqlarının qabığı boz, zoğları qonurdur, çılpaq və ya qısa tükcüklüdür, müxtəlif hissələrə şaxələnmişdir. Yarpaqları enli, tərsyumurtavarı və ya uzunsov ellipsvaridir, küt və ya sivrikənarlı olub, ucdan qatlanmamışdır. Üstdən tünd yaşıl, altdan açıq yaşıldır, qısa saplaqlarda yerəlşir. Aprel ayında çiçəkləyir. Çiçəkləri tükcüklü olmaqla, çiçək saplaqlarının üzərində 2–5 ədədi bir yerdə və ya tək-tək yerləşir. Çiçək saplaqları çiçəklərdən uzundur. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir, 5–7 mm uzunluqda olmaqla çiçək yatağının uzunluğuna bərabərdir. Kasacığın hissələri çiçək yatağından qısadır. Meyvələri iyun ayında yetişir, çəyirdəklidir. Meyvələri qırmızımtıl, çılpaq, yumru olub, uzunluğu 6–8 mm-dir, dadı turşməzədir, yeyilir. Çəyirdəyi hamar və ovalşəkillidir.

Ekologiyası Quraqlığa davamlıdır. Xüsusən daşlı, gilli və quru yamaclarda normal böyüyüb inkişaf edir.

Azərbaycanda yayılması Abşeronda, Qobustanda, Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-da, Samur-Dəvəçi düzənliyində yayılmışdır.

İstifadəsi Meyvələri mürəbbə və kompotlar üçün yararlıdır. Şirəsindən çaxır və içkilərin rənglənməsi üçün istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Albalı Kateqoriya:İraq florası Kateqoriya:Qərbi Asiya florası