Fuad Əhməd oğlu Xəlilov () — Azərbaycan rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar rəssamı (1979).

Həyatı Fuad Xəlilov 17 noyabr 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə Böyük Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanmışdır. Ağır xəsarət aldığına görə 1944-cü ildə tərxis olunmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1945-ci ildə köməkçi rəssam kimi "Arşın mal alan" filminin hazırlanmasında iştirak etmişdir. 30 ildən artıq Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. "Xanəndənin taleyi" onun opera teatrında quruluş verdiyi tamaşalardandır.

Fuad Xəlilov 14 oktyabr 2015-ci ildə Hollivudda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985 "Şərəf nişanı" ordeni — 1980 "Döyüş xidmətlərinə görə" medalı — 6 noyabr 1945

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan rəssamları