Bezvodnı adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Kara dənizinə daxil olan Xramçenko körfəzində, Şimal adasının şərq sahillərində yerləşir.

İlk əvvəllər 1936-cı ildə Sergey Lapponun ekspedisiyası tərəfindən Bubnov adası olaraq adlandırılır. Ada "Politotdeles" gəmisinin radisti şərəfinə bu cür adlandırılmışdır. 1938-ci il xəritələrində isə onun çağdaş adı ilə adlandırılırС. В. Попов, В. А. Троицкий. Топонимика морей советской Арктики / под ред. Л. А. Борисова. — Географическое общество СССР. Гидрогрографическое предприятие ММФ. — Ленинград, 1972. — С. 20. — 300 с. — 1000 экз.

İstinadlar

Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Yeni Torpaq arxipelaqı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları