Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində 300 m yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Tarix thumb|left|Osman Mirzəyev qəzadan əvvəl

1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın — azərbaycanlılar və ya ermənilər sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər.

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.

Rayon komendantı Nikolay Jinkinin müavini, polkovnik Vladimir Kuşnarikin 1991-ci il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına "Aşanak" kolxozunun Heyvandarlıq Birliyinin sədri Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən "Krunk" təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Yeseyan, "Yevkrapa" cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Petrosyan, zabit Tatavis Baqramyan və bir də qərara alınmışdı ki, Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əsgəran rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil olsun. Məşvərət lentə alınmalı və respublika televiziyasının "Günün ekranı" xəbərlər proqramında göstərilməli idi. Saat 13:40 dəqiqədə Ağdam hava limanına verilən xəbərdən sonra bu adamlar helikopterə minmirlər.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır.

Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirməliydi. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir. Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə üçlük nəzarət edir — Dağlıq Qarabağ təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov.

Qəza thumb|left|Qarakənd faciəsindən sonra helikopterin qalıqları

1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki helikopterin 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 helikopteri əsas helikopter olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci helikopter — Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Amma ikinci helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.

Bəzi araşdırmalarda göstərilir ki, 1991-ci ilin noyabrın 20-də helikopteri idarə edən 26 saylı Mİ-8 helikopterini idarə edən kapitan Gennadi Domov adlı pilot 1984-cü il martın 26-da Əfqanıstanda Cəlalabadın "İslam cəmiyyəti"-nin Mömin Camalxanın dəstəsi tərəfindən idarə etdiyi Mİ-8 helikopteri ilə birgə vurularaq öldürülüb.Özbəkistan, Daşkənd Hərbi Dairəsi. Əfqanıstan-İran istiqamətindən polkovnik V. İ. Qurinin 1984-cü il dekabrın 12-də Moskvaya, MN BQ-a ünvanladığı 216/051 saylı məktubundan

Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16–26 və MS-22–22 nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 helikopterin rabitə əlaqələri kəsilir. Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülür, lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu.

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb, lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.

Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi. İsmət Qayıbovun oğlu İsmayıl Qayıbovun sözlərinə görə, ilk və son dəfə onun atası ailə üzvlərinə vida etməmişdi. İsmət Qayıbovun geyindiyi pencəyin cibində isə Ömər Xəyyamın rübaisi var idi:

Qəzanın səbəbləri Rusiyanın İTAR-TASS agentliyindən DQMV-nin komandirin xüsusi sahəsi istinadına görə, helikopter dumanlı havada qayalara çırpılmışdı. 1991-ci ildə The New York Times-da nəşr olunan məqalədə qeyd olunur ki, helikopter heyətinin üzvü Sovet televeziyasına "biz heç nə görmürük" və "buludlar qatıdı" olduğunu deyib. Lakin istintaq zamanı, helikopterdə raket partlayışına müvafiq gövdə deşikləri aşkar olunmuşdu.

Həlak olanların siyahısı

Həlak olanların dəfni 1991-ci ildə noyabrın 22-də Bakıda keçirilib.

Sıra nömrəsi Ad Məlumat1Tofiq İsmayılovAzərbaycan Respublikasının Dövlət katibi2İsmət QayıbovAzərbaycan Respublikasının Baş prokuroru3Məhəmməd ƏsədovAzərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri4Vaqif CəfərovAzərbaycan Respublikası Milli Məclisinin millət vəkili5Vəli MəmmədovAzərbaycan Respublikası Milli Məclisinin millət vəkili6Zülfü HacıyevAzərbaycan Respublikası Milli Məclisinin millət vəkili7Osman MirzəyevAzərbaycan Respublikasının Prezident Administrasiyasında şöbə müdiri8Alı MustafayevTelejurnalist9İqor PlaviskiDağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru10Saylau SerikovQazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini11Fəxrəddin ŞahbazovVideo-operator12Arif HüseynzadəAzTV-nin işıqçısı13Rafiq MəmmədovAzərbaycan Respublikası Dövlət katibinin köməkçisi14Sergey İvanovDağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi15Nikolay JinkinFövqəladə vəziyyət rayonunun komendantı16Mixail LukaşovMilis general-mayoru17Oleq Koçerevpolkovnik-leytenant18Vladimir KovalyovDağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi19Qurban NamazəliyevAzərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı nazirinin 1-ci müavini20Vyaçeslav KotovHelikopter heyətinin komandiri21Gennadi DomovHelikopter heyətinin üzvü22Dmitri YarovenkoHelikopter heyətinin üzvü

Reaksiyalar Helikopterin vurulmasından sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi hadisəni terror aktı və diversiya adlandırmışdı. Qarakənd faciəsindən sonra Bakıda Azərbaycan SSR Ali Soveti və Ayaz Mütəllibova qarşı Qarabağda asayişi bərpa və ya istefa şərti ilə kütləvi mitinqlər baş vermişdi.

2013-cü ildə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Qarakənd faciəsini Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərini geriyə atdığını qeyd etmişdi.

Araşdırma thumb|right|250px|Helikopterin vurulmasında istifadə olunmuş Barret M82A1 silahının bir modeli

Qarakənd faciəsi ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir. Bəzi mənbələrə görə, Qarakənd faciəsi Rusiyanın törətdiyi təxribat idi. Diplomat Vəfa Quluzadənin sözlərinə görə, Qarakənd faciəsində Ayaz Mütəllibovun rolu olub və faciə nəticəsində Azərbaycan müqavimət qabiliyyətini itirdi.

Xankəndidəki rus qarnizonunun hərbi prokuroru İ. Lazutkin 248-ci maddə ilə (RF CM) ("Uçuşun düzgün idarə olunmaması və insan tələfatı") cinayət işi açdı. İ. Lazutkin ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmurdu. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror Lazutkin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı "ermənilər göstərib". Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Lazutkin helikopterin "qara qutusu"-nu da əlinə keçirib, ona toxunmağı qadağan etmişdi. Onun sözlərinə görə, qara qutu "istidən", "yanğından" və "partlayışdan" sıradan çıxıb və əriyib. Bəzi araşdırmalara görə, Mİ-8 N72 hərbi helikopterinə ABŞ istehsalı olan Barret M81A1 və Barret M82-A1 silahından atəş açılıb. "Time" jurnalının 2009-cu il 20 iyul sayında "Qara qutular və qısa tarix" məqaləsində Mİ-8 N72 helikopterlərində olan qara qutuların yanma ehtimalının 0-a bərabər olduğu qeyd edilib.

1991-ci ildə Füzuli və Xocavənd rayonlarının hərbi komendantı olmuş general-leytenant Aleksandr Volox 1991-ci il, noyabrın 20-də Xocavənd rayonunun Qarakənd faciəsinə münasibət bildirərkən qeyd etmişdi ki, əgər onun ezamiyyət müddətini artırsaydılar, Qarakənd səmasında vurulan helikopterdə o da olacaqdı. Həmin ildə Azərbaycan Respublika Prokurorluğunun istintaq idarəsinin rəisi Adil Ağayev qeyd edirdi:

Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar. Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar. Onun fikrincə, helikopter yerə düşmüş və onlar helikopteri yerdə yandırmışdılar:

Alıoğlunun sözlərinə görə, səfərdən əvvəl İsmət Qayıbov və Məhəmməd Əsədov kürk geyinmişdi və onların kürkünün altında İsrail istehsalı olan avtomatları var idi. Jurnalistin fikrincə, helikopterin içində atışma olub. Alıoğluya görə, meyitləri tabutlara yerləşdirəndə helikopterdə olanlarla, tabutda olanların sayı düz gəlmirdi və təxminən üç-dörd cəsəd yox idi.