() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Təbii halda Şimali Afrika, Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl, sıx piramidal və ya uzunsov çətirli ağacdır. Aşağı əyilən və ya düz yönələn budaqları möhləm, şabalıdı, Qonur rəngli qabıqla örtülmüşdür. Bozumtul-qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur. Yarpaqlarının uzunluğu 2-10 sm, eni isə 2-4,5 sm-ə çatan, yumurtavari və ya tərsyumurtavari formada olub, kənarları 2-9 batıq dişli, dalğavari, parlaq, dərivaridir, üstdən tünd-yaşıl, altdan tutqun rənglidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda, çətirvari qalxanlarda yerləşir. Çiçəkləri ağ, ətirli, 4-5 üzvlü olub, qısa, çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir. Meyvəsi 7-11 mm uzunluğunda, 5-10 sm enində olub, qırmızı rəngli, kürəvi və ya yumurtavarıdır, 4, bəzən 5 çəyirdəklidir. Çəyirdəkləri çoxtilli olub, uzununa qabırğalıdır. Meyvəsi sentyabr-oktyabr aylarında yetişir. Toxumla çoxaldılır.

Ekologiyası Rütubətə və torpağa tələbkardır. Quru və ağır torpaqlarda nisbətən yavaş böyüyür.

Azərbaycanda yayılması Bakıda, Lənkəranda, Gəncədə park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Bitkini budamaqla müxtəlif forma vermək olur. Canlı çəpərlərin salınmasında və dekorativ kompozisiyaların tərtibatında, eyni zamanda tək əkinlərdə istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri Kateqoriya:Afrika ağacları Kateqoriya:Asiya ağacları