Dağlı (əvvəlki adı:Əli Bayramlı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Dağlı kənd inzibati ərazi dairəsində kənd. Dağlı bələdiyyəsinin mərkəzi. Əzgilli, Qalal və Qarqay, Qass kəndləri ilə birlikdə Dağlı bələdiyyəsinin tərkibindədir."Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 771-IQ nömrəli Qanunu. e-qanun.az
Tarixi 29 may 2015-ci ildə Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılmış və Əli Bayramlı kənd inzibati ərazi dairəsi Dağlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Coğrafiyası və iqlimi Kənd Gürcüstanla sərhəddə yerləşir. Ərazisinin tam hissəsi düzən ərazidə yerləşir. Qismən düzən meşəliklə əhatə olunub. Yay aylarında havanın temperaturu 40–50 C-ə qədər artır.
Əhalisi Əhalisi 3001 nəfərdir (2012)Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmi veb saytı: İcra Hakimiyyəti: Bələdiyyələr: Əli-Bayramlı bələdiyyəsi
Kənd əhalisini əsasən saxurlar və digər millətlər təşkil edir.SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan Az.viki səhifəsində düzəliş etmək üçün mənbə
Əhalisinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır. Bundan başqa arıçılıq və tütünçülük sahələri də qismən inkişaf edib.
Səhiyyə Kənddə həkim məntəqəsi də var.""Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli, 182 nömrəli Qərarı. e-qanun.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Zaqatala rayonunun kəndləri