() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Nyu-York ştatının cənub hissəsi, cənubda Floridanın mərkəzi hissəsi, Meksika körfəzinin şimal sahilinə və Şərqi Texasa qədər yayılmışdır.

Botaniki təsviri Qatranlı likvidambar hündürlüyü 20-35 m, gövdəsinin diametri 2 m-dək olan piramidal çətirli ağacdır.Qabığı boz-qonur, yarıqlıdır. Budaqları parlaq yaşıldan sarı-qonuradək müxtəlif çalarlıdır. Uc tumurcuğu iri, yaşıl və ya narıncı qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları əlvari-qanadlı, uzunluğu 7-25 sm, enli, kənarları xırda dişli, uzunluğu 6-10 sm olan saplaqda yerləşir. Yarpaqları 5-7 qanadlı, növbəlidir. Çiçəkləri birevli, xırda, az, qırmızı çalarlıdır. Dişi çiçəkləri saplaqda oturur və şarşəkilli başcıqla örtülmüşdür. Erkək çiçəkləri salxıma yığılmışdır. Bitki yazda çiçəkləyir. Meyvəsi iynəli, diametri 2,5-4 sm, çoxsaylı (20-50) qutucuqlardan ibarətdir. Hər qutucuqda 1-2 xırda toxumu vardır.

Ekologiyası Cənub bölgəsinin aşağı yaruslarda rast gəlinir.

Azərbaycanda yayılması Turş, gillicəli və ya gilli torpaqda yaxşı bitir. Qələvili torpağı da sevir.

İstifadəsi Parlaq yarpaqlarına görə dekorativ bitki kimi becərilir. Balzamlı, sakitləşdirici və möhkəmləndirici vasitə hesab edilir. Vaxtilə Meksika imperatorlarının sarayında siqaret çəkmək üçün tütünlə qarışdırılaraq istifadə edilirdi.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Beliz florası Kateqoriya:Honduras florası Kateqoriya:Nikaraqua florası Kateqoriya:Qvatemala florası Kateqoriya:El-Salvador florası Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri