Yulen Lopeteqi Arqote (; ) — ispan futbolçu və baş məşqçi.

Klub karyerası Yulen 1985-ci ildə "Real Madrid"in 2-ci komandası "Real Madrid Kastilya" ilə müqavilə imzalayıb. Klubun heyətində müntəzəm olaraq meydana çıxan qapıçı əsas simalardan birinə çevrildi. 1988-ci ildə Yulen əsas komandaya — "Real Madrid"ə keçdi. Buna baxmayaraq o, dərhal "Las Palmas" klubuna icarəyə verildi. "Las Palmas"ın heyətində Yulen mövsüm ərzində 31 oyun keçirdi. İcarədən qayıtdıqdan sonra Lopeteqi 3 il ərzində "Real Madrid"in ehtiyat qapıçısı oldu. Bu zaman klubun əsas qapıçısı Fransisko Buyo idi. Bu dövr ərzində Lopeteqi cəmi 1 matçda meydanda oldu. 1991-ci ildə Yulen "Loqronyes" klubuna transfer olundu. Bu klubun heyətində o, parlaq 3 mövsüm keçirdi. Bundan sonra Lopeteqini "Barselona" transfer etdi. Lopeteqini "Barselona"ya Andoni Subisarretanı əvəzləmək üçün transfer etmişdilər, amma o, Karles Buskets və 1996-cı ildə kluba qoşulan Vitor Baiya ilə rəqabətdə məğlub oldu və nəticədə klubun 3-cü qapıçısı oldu. Lopeteqi "Barselona"da 3 mövsümdə cəmi 5 oyunda meydana çıxdı. "Barselona"nı tərk edən Lopeteqi "Rayo Valyekano" klubuna keçdi. Həmin vaxt "Rayo Valyekano" İspaniyada La Liqadan sonra ikinci peşəkar futbol liqası olan "Segunda Division"da çıxış edirdi. Lopeteqi klubun əsas liqaya yüksəlməsində böyük pay sahibi oldu. Yulen "Rayo Valyekano"da 112 oyun keçirdi. Lopeteqi 2002-ci ildə futbolçu karyerasını başa vurdu.

Milli komanda karyerası Lopeteqi İspaniya milli komandasının heyətində 1985-ci ildə 20 yaşa qədər futbolçular arasında keçirilən Dünya Çempionatında gümüş medallar qazansa da bu turnirdə heç bir matçda əsas heyətdə olmadı. Elə həmin il Yulen 21 yaşa qədər futbolçulardan ibarət İspaniya milli komandasında 1 oyun keçirdi. "Loqronyes" klubunun heyətində parlaq oyun nümayiş etdirdikdən sonra Lopeteqi əsas milli komandaya dəvət aldı. Amma əsas milli komandada Yulen cəmi 1 oyun keçirdi. Bu oyun 23 mart 1994-cü ildə keçirildi. Rəqib Xorvatiya millisi oldu. Həmin oyunda İspaniya yığması 0:2 hesabı ilə məğlub oldu. Bütün bunlara baxmayaraq Yulen Lopeteqi 1994-cü il Dünya Çempionatına yollanan İspaniya milli komandasının yekun iştirak ərizəsində yer aldı.

Baş məşqçi karyerası 2003/2004-cü il mövsümündə Yulen "Rayo Valyekano"nun baş məşqçisi kimi çalışdı. Yaxşı nəticələr əldə olunmadığına görə klub Lopeteqi ilə yollarını ayırdı. Bundan sonra Lopeteqi 2008-ci ilə kimi İspaniyadakı idman televiziya kanallarında şərhçi kimi çalışdı. 2008/2009-cu il mövsümündə Lopeteqi "Real Madrid"in ikinci komandası olan "Real Madrid Kastilya"da baş məşqçi kimi işlədi.

2010-cu ildə Lopeteqi 19 yaşa qədər (U19) və 20 yaşa qədər (U20) futbolçulardan ibarət İspaniya milli komandalarının baş məşqçisi təyin olundu. İspaniya U20 yığması ilə Lopeteqi xüsusi uğurlar qazanmadı, amma İspaniya U19 ilə 2011-ci ildə və 2012-ci ildə keçirilən Avropa Çempionatlarının qalibi oldu. 2012-ci ildə Lopeteqi İspaniya U21 yığmasının baş məşqçisi təyin edildi. Lopeteqi bu komanda ilə də uğur qazandı. İspaniya U21 yığması 2013-cü ildə keçirilən Avropa Çempionatının qalibi oldu.

12 iyun 2014-cü ildə Lopeteqi klub baş məşqçiliyinə geri qayıtdı. O, "Portu" klubunda baş məşqçi təyin olundu. Portuqaliyada uğur qazana bilməyən Lopeteqi 2016-cı ildə "Portu" ilə yollarını ayırdı.

2016-cı il Avropa Çempionatından sonra Lopeteqi İspaniya milli yığmasına baş məşqçi təyin olundu. Bu vəzifədə o, Visente Del Boskeni əvəzlədi. Lopeteqinin başçılığı ilə İspaniya milli komandası Rusiyada keçiriləcək Dünya Çempionatının Avropa seçim mərhələsində öz qrupunda İtaliyanı üstələməklə vaxtından əvvəl 1-ci yerin sahibi oldu. Dünya Çempionatının başlanmasına 1 gün qalmış İspaniya Kral Futbol Federasiyası Lopeteqi ilə yollarını ayırdı

13 iyun 2018-ci ildə Yulen Lopeteqi "Real Madrid"in baş məşqçisi vəzifəsinə təyin edildi. Lopeteqi klubun uğursuz çıxışlarından sonra 29 oktyabr 2018-ci ildə "Real Madrid"in baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı.

Uğurları

Oyunçu kimi Real Madrid İspaniya Çempionu: 1989/90 İspaniya Superkubokunun sahibi (2): 1989, 1990 Cəmi: 3 trofey Barselona İspaniya Kubokunun sahibi: 1996/97 İspaniya Superkubokunun sahibi (2): 1994, 1996 UEFA Kuboklar Kubokunun çempionu: 1996/97 Cəmi: 4 trofey

Baş məşqçi kimi İspaniya milli komandası 19 yaşa qədər futbolçular arasında Avropa Çempionatının qalibi: 2011, 2012 21 yaşa qədər futbolçular arasında Avropa Çempionatının qalibi: 2013 Cəmi: 3 trofey

Baş məşqçi statistikası 28 oktyabr 2018-ci il tarixinə olan göstərici. Komandaİşin başlanğıcıİşın sonuStatistika% qələbə Rayo Valyekano20032003 11 2 2 7 10 17 -7 18,18 Real Madrid Kastilya20082009 38 18 9 11 60 45 +15 47,37 İspaniya U1920102013 11 8 3 0 29 9 +20 72,73 İspaniya U2020102013 10 7 2 1 22 8 +14 70,00 İspaniya U2120122014 11 11 0 0 34 7 +27 100,00 Portu12 iyun 20144 yanvar 2016 77 53 15 9 157 52 +105 68,83 İspaniya21 iyul 201613 iyun 2018 20 14 6 0 61 13 +48 70,00 Real Madrid14 iyun 201829 oktyabr 2018 14 6 2 6 21 20 +1 42,86Cəmi1931194034396174+22261,66

İstinadlar

Xarici keçidlər Yulen Lopeteqinin BDFutbol saytındakı futbolçu profili Yulen Lopeteqinin BDFutbol saytındakı baş məşqçi profili Yulen Lopeteqinin Transfermarkt saytındakı futbolçu profili Yulen Lopeteqinin Transfermarkt saytındakı baş məşqçi profili Yulen Lopeteqinin rəsmi saytı

Kateqoriya:28 avqustda doğulanlar Kateqoriya:1966-cı ildə doğulanlar Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:Real Madrid FK məşqçiləri Kateqoriya:Sevilya FK məşqçiləri Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası məşqçiləri Kateqoriya:İspaniya ikinci B futbol divizionunun məşqçiləri Kateqoriya:UEFA Avropa Kubokunun qalib məşqçiləri Kateqoriya:İspaniya milli futbol komandasının məşqçiləri Kateqoriya:İspaniya ikinci futbol divizionunun məşqçiləri Kateqoriya:Portu FK məşqçiləri Kateqoriya:İngiltərədə legioner İspaniya idmançıları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları