"Darıca Gənclərbirliyi" () — Türkiyənin 3-cü liqasında Kocaelinin Darıca ilçəsini təmsil edən futbol klubu.
Tarixi "Darıca Gənclərbirliyi" klubu 1934-cü ildə Kocaelinin Darıca ilçəsində yaranıb.
Hazırda “Darıca Gənclərbirliyi” azərbaycanlıların idarəçiliyindədir. Belə ki, 2018-ci ilin avqust ayında azərbaycanlı futbol funksionerləri Nail Zeynalov və Rəsul Şükürsoy Rusiyada yaşayan azərbaycanlı iş adamı olan dostlarının tam dəstəyi ilə "Darıca Gənclərbirliyi" klubunu satın alıblar.
Rəngləri Rəngləri yaşıl-sarıdır.
Stadionu Klub ev oyunlarını Darıca İlçə stadionunda keçirir.
Dənizə bitişik ərazidə 10 hektar səhəsi olan məşq bazası, məşq meydançaları, oteli, yüzlərlə gənc futbolçunun top qovduğu akademiyası var.
"Azarkeş qrupu" Klubun azarkeş qrupunun adı “Çınaraltı” adlanır. Bu ad Darıcanın mərkəzindəki böyük çinar ağacından alınmışdır.
Liqalarda iştirakı 2-ci Liqa: 2007-2008, 2018-2019 3-cü Liqa: 1986-1993, 1997-2007, 2008-2018, 2019- Həvəskar Liqası: 1934-1986, 1993-1997
Xarici keçidlər
Darıca Gənclərbirliyi FK — YouTube səhifəsi
Kateqoriya:1934-cü ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyə futbol klubları Kateqoriya:Kocaeli ili