Təbriz () — İranın şimal-qərbində yerləşən, Şərqi Azərbaycan ostanının mərkəzi və Təbriz metropoliyasının əsas şəhəridir. Bu şəhər İran Azərbaycanı bölgəsinin ən böyük iqtisadi mərkəzi olmaqla yanaşı, həmin bölgənin inzibati, kommunikasiya, ticarət, siyasi, sənaye, mədəni və hərbi baxımdan əsas şəhəri hesab olunur.
Təbriz şəhərinin sahəsi 244.51 kvadrat kilometrdir (şəhər ərazisi ilə birlikdə 1014.45 kvadrat kilometr) və bu göstəriciyə əsasən, Tehran və Məşhəddən sonra ölkənin sahə baxımından üçüncü böyük şəhəridir. 2016-cı il (1395 hicri-şəmsi) əhalisinin rəsmi statistikasına əsasən, şəhərin əhalisi 1,584,855 nəfər (şəhər ərazisi üzrə 1,727,476 nəfər) təşkil etmişdir. Bu say 2022-ci ildə 1,643,960 nəfərə çatmışdır. Bu göstəriciyə əsasən, Təbriz əhali baxımından İranın beşinci və dünyanın 344-cü ən böyük şəhəri sayılır. Şəhər əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirFehrest nevīsī pīsh az enteshār Ketābxāne-ye Mellī-ye Jomhūrī-ye Eslāmī-ye Irān Šomāre-ye Ketābšenāse-ye Mellī: 2890690 ʿUnvān va nām-e padīdāvarande: Tarh-e Barrasi va Sanjesh-e Šāʿex-hā-ye Farhang-e ʿOmmī-ye Keshvar (Šāʿex-hā-ye Gheyr-e Sabtī) və onlar Təbriz ləhcəsində Azərbaycan türkcəsində danışırlar.
Təbriz tarix boyu çoxsaylı enişli-yoxuşlu mərhələlərdən keçmişdir. Şəhərin tarixi yadellilər tərəfindən işğallar və dağıdıcı təbii fəlakətlər, xüsusilə də ağır zəlzələlərlə müşayiət olunmuşdur. Müasir Təbrizin təməli Parfiya və Sasanilər dövrünə qədər uzanır.
Təbriz tarix boyunca İranın ən uzun müddət paytaxt olmuş şəhərlərindən biridir; şəhər İranın müxtəlif dövrlərində – Rəvvadilər, Azərbaycan Atabəyləri, Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və İranın Azərbaycan xanlıqları dövründə milli və ya regional paytaxt olmuş, Qacarlar dövründə isə ölkənin ikinci milli paytaxtı kimi çıxış etmişdir. Həmçinin qısamüddətli Azadistan və Azərbaycan Milli Hökuməti hakimiyyətləri dövründə də paytaxt funksiyasını yerinə yetirmişdir. Xüsusilə, şəhər Rəvvadilər sülaləsinin hakimiyyəti dövründə və Əzd qəbiləsinin yerləşməsi ilə inkişaf etmişdir. Təbrizin ən parlaq dövrü isə Elxanilər zamanı olmuşdur. Bu dövrdə şəhər Nil çayından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanın paytaxtı idi. 1500-cü ildə, Səfəvilərin paytaxtı olduğu dövrdə Təbriz dünyanın əhali baxımından beşinci ən böyük şəhəri sayılırdı və əhalisi Osmanlı imperiyasının paytaxtı İstanbul ilə müqayisə edilirdi.
Təbriz Qacarlar dövründə yenidən dirçəliş mərhələsinə daxil olmuş, bu dövrdə İranın ən mühüm və qabaqcıl şəhəri kimi tanınmışdır. Müasir dövrdə də şəhər ölkənin əsas iqtisadi və sənaye mərkəzlərindən biri hesab olunur. Təbriz 1890-cı ilə qədər əhalinin sayına görə İranın ən böyük şəhəri olmuşdur. Son iki əsrdə Təbriz İranın sosial, mədəni və sənaye sahələrində baş verən bir çox mühüm dəyişikliklərin başlanğıc nöqtəsi olmuşdur; elə ki, bu şəhər İran Konstitusiya İnqilabının məğlub olmasına imkan verməmiş və 1979-cu il İnqilabında oynadığı rol ilə ölkənin modernləşmə prosesində həlledici rol oynamışdır. thumb|Səhənd dağı. Bəzi tədqiqatçıların fikrinə görə, "Təbriz" (yəni "istini gizlədən") toponimi bu şəhərə, Səhənd dağının istiliyi və hərarəti gizlətmə xüsusiyyətinə görə verilmişdir.
Adı Yaqut Həməvi "Müʿcəm al-buldān" əsərində məlumat verir ki, onun Təbrizə səfəri zamanı şəhərin adı yerli dildə "Tebriz" şəklində tələffüz olunurdu. Bu müşahidəyə əsaslanan Minorski hesab edir ki, "Təbriz" tələffüzü qədim İran azəri ləhcəsinə mənsub olmalıdır. Bu ləhcə, Xəzər dənizinin cənub bölgələrində danışılan qədim İran dilləri ilə bağlıdır; lakin daha çox ehtimalla, "Təbriz" adının ərəb dilinin "fəlil" qəlibində təhrif olunmuş forması olduğu düşünülə bilər. Şəhər adının erməni dilində yazılışı və onun morfoloji təhlili isə göstərir ki, "Təvrij" (تَوریژ) forması "şimali pəhləvi dili" ilə əlaqəlidir. Minorski yekunda belə nəticəyə gəlir ki, bu faktlar Təbriz adının mənşəyinin çox qədim dövrlərə – Sasanilər sülaləsinin əvvəllərinə və ya bəlkə də Parfiya dövrünə qədər uzandığını göstərir. thumb|right|300px|Həsən Rüşdiyyə və tələbələri. Mustafa Momeninin "İslam Dünyası Ensiklopediyası"ndakı qeydinə əsasən, Azərbaycanın yerli əhalisi Təbrizi "Turi" (isti su bulağı və ya çay mənasında) adlandırırdı. Hətta XIV əsrin əvvəllərinə qədər Təbriz ətrafındakı kəndlilər bu şəhəri "Turi" adlandırmaqda davam edirdilər. Bu gün də Təbriz yaxınlığında yerləşən Qənbərabad kəndinin sakinləri şəhəri "Turi" adlandırırlar. Qədim mənbələrdə (məsələn, Əbu’l-Fida) şəhərin adı "Turiz" formasında qeyd olunmuşdur. Bu forma hələ də kürd və tat dillərində "Turiz" və "Turi" şəklində işlədilir.
Bəzi şərqşünaslar və qədim mənbələr şəhər adının orta və qədim fars dillərində dərin köklərə malik olduğunu bildirirlər. Adın mənşəyinin üç əsas amillə – istilik, istiylə bağlı fəaliyyətlər və Səhənd dağının vulkanik hərəkətləri ilə əlaqəli olduğunu irəli sürülmüşdür. Erməni mənbələrində şəhərin adı eramızın IV və ya V əsrlərində "Tavrej" və "Tavreş" formasında yazılmış, fars dilində isə "Tavrez" şəklində tələffüz olunmuşdur. Fars dilində 'Təbriz" sözü "qızdırmanı azaltmaq" və ya "isti basqını gizlədən yer" mənasında da yozulur. Bu da Səhənd dağının vulkanik hərəkətləri ilə əlaqələndirilmişdir. Britannica Ensiklopediyası da oxşar nəzəri irəli sürərək, "Təbriz" adını "tap + riz" (yəni "qaynar axıntı") birləşməsindən yaranmış bir söz kimi şərh edir və bu mənanı şəhər ətrafındakı isti su bulaqları ilə izah edir.
Şəhər adının mənşəyi ilə bağlı xalq arasında məşhur, lakin qeyri-elmi bir rəvayət də mövcuddur. Bu rəvayətə görə, Harun ər-Rəşidin həyat yoldaşı Zübeydə qızdırmalı xəstəliyə tutulmuş və bir neçə gün Təbriz yaxınlığında qaldıqdan sonra oranın xoş havası sayəsində sağalmış, nəticədə burada bir şəhər salınmasını və onun adının "Təbriz" qoyulmasını əmr etmişdir. Lakin Əhməd Kəsrəvi özünün "Azəri ya qədim Azərbaycan dili" adlı əsərində bu cür izahların elmi əsasdan uzaq və xalq arasında dolaşan yanlış rəvayətlər olduğunu vurğulamışdır.
Ləqəbləri Təbriz bir çox sahələrdə ilk olma xüsusiyyətini qorumuş və "ilklər şəhəri" kimi tanınmışdır. Təbriz həmçinin aşağıdakı ad və titullarla tanınır: "İlklər şəhəri", "Gədasız şəhər", "Yeraltı və yerüstü keçidlər şəhəri", 2018-ci ildə İslam Turizminin Paytaxtı, İranın ən təhlükəsiz şəhəri, İranın ən sağlam şəhəri, İranın investisiya mərkəzi, İranın ikinci sənaye şəhəri, İkinci universitet şəhəri, İranın ikinci yüksəkmərtəbəli tikinti şəhəri, İranın ikinci tibb elmləri mərkəzi, İranın ikinci sağlamlıq turizmi mərkəzi, İranın "şokolad şəhəri", İranın avtomobil sənayesi mərkəzi, Avtomobil hissələri istehsalı mərkəzi, Yaxın Şərqdə dizel mühərriki istehsalı mərkəzi, Xalça toxuma üzrə əsas şəhərlərdən biri, İranın ən mühüm kənardan köç qəbul edən şəhərlərindən biri.
Çap və çap evi — İranda ilk mətbəə (çap evi) ərəb əlifbası ilə Mirzə Zeynalabdin Təbrizinin təşəbbüsü ilə 1233 hicri-qəməri ilində Təbrizdə yaradılmışdır. Bu mətbəədə nəşr olunan ilk əsər Mirzə İsa xan Qaimməqamın Cəhadiyyə risaləsi olmuşdur. Çap evi 1245 hicri-qəməri ilində fəaliyyətini dayandırmışdır. O dövrdə "çap" termini işlədilmirdi və mətbəə üçün "basmaxana", "mətbəə", "darü’t-təb" və "darü’t-təbaə" ifadələri işlədilirdi.
thumb|Təbriz Amerikan Memorial Məktəbinin binası.left|thumb|Tərbiyət Kitabxanasının girişi.Kitabxana — Tərbiyət kitabxanası İranın ilk ümumi kitabxanasıdır. O, 1300 günəş ilində Məhəmmədəli Tərbiyətin təşəbbüsü ilə Təbrizdə təsis edilmişdir. Əvvəlcə "Maarifin ümumi kitabxanası və oxu zalı" adlandırılan bu kitabxana sonradan onun banisinin şərəfinə "Tərbiyət kitabxanası" adını almışdır. 1335 günəş ilində Təbrizin Milli Kitabxanası yaradılmış, inqilabdan sonra isə Tərbiyət kitabxanasının əlyazmaları oraya köçürülmüşdür. Hazırda burada İranın ilk qeydiyyata alınmış əsəri sayılan Rəb‘-i Rəşidi vəqfnaməsi saxlanılır.
Kinoteatrlar — İranda ilk ictimai kino salonu 1279 günəş ilində Təbrizdə fransızlar tərəfindən, onların kilsələrinin yaxınlığında təsis olunmuşdur. Dörd il sonra Tehranda Mirzə İbrahim xan Səhhafbaşı tərəfindən ilk ümumi kino salonu açılmışdır.
Təhsil — İranda ilk yeni tipli məktəb Mirzə Həsən Rüşdiyyə tərəfindən Təbrizin Şeşgilan məhəlləsində yaradılmışdır. O, gənclik illərində Beyruta gedərək oradakı məktəblərdə tədris üsullarını öyrənmiş, daha sonra İstanbula və Misirə səyahət etmişdir. Təbrizə qayıtdıqdan sonra yeni tipli bir məktəb təsis etmişdir. Eyni zamanda, İranda fəaliyyət göstərən ilk modern məktəblərdən biri də amerikalı missionerlərin yaratdığı Amerikan Memorial Məktəbi olmuşdur.
Yeni ədəbiyyat — Mirzə Əbdülrəhim Nəccarzadə Təbrizi (Mirzə Əbdürrəhim Talıbov) İran ədəbiyyatında yeni üslubun başlanğıcını qoyan şəxs kimi tanınır. O, dövrün ağır və mürəkkəb sözlərindən imtina edərək sadə və anlaşıqlı dil işlətməyə başlamışdır. Fars dilində ilk dramaturji əsərləri qələmə alan isə Mirzə Ağa Təbrizi olmuşdur.
Uşaq bağçası və kar-lallar məktəbi — İranda ilk uşaq bağçası və ilk kar və lal məktəbi Təbrizdə təsis edilmişdir. Cabbar Bağçaban Təbrizdə "Bağçeyi-ətfal" ("Uşaqlar bağçası") adlı ilk məktəbəqədər tərbiyə müəssisəsini yaratmışdır.
Ticarət palatası — İranda ilk Ticarət palatası 1285 günəş ilində Təbrizdə yaradılmışdır. Tehranda ticarət palatası isə Təbrizdən sonra təsis olunmuşdur.
Rabitə — İranda ilk telefon mərkəzi 1280 hicri-qəməri ilində Qasım xan Vali tərəfindən Təbrizdə qurulmuşdur. O, bir neçə ildən sonra Təbrizin ilk bələdiyyə başçısı seçilmişdir.
Enerji — Qasım xan Vali 1281 hicri-qəməri ilində İranda ilk elektrik stansiyasının imtiyazını əldə etmişdir. Onun təşəbbüsü ilə Məcidiyyə xiyabanının kənarları işıqlandırılmışdır.
Tarixi thumb|Qacarlar dövrünə dair İran və Turan xəritəsində Təbrizin yerləşməsi. Almanca qeyd edilmişdir.
Erkən dövr left|thumb|Təbrizdə, Göy məscidin şimalında yerləşən Dəmir Dövrü Muzeyində aşkar edilmiş qədim qəbirlərdən biri. Təbriz şəhərinin ilkin tarixi hələ də dəqiq müəyyənləşdirilməmişdir və bu mövzuda müxtəlif elmi mübahisələr mövcuddur. Bəzi tədqiqatçılar iddia edirlər ki, bəşəriyyətin ilkin mədəniyyət beşiklərindən olan "Cənnət bağçası" (Behişt-i Ədən) hazırkı Təbriz şəhərinin yerləşdiyi ərazidə qurulmuşdur. Təbrizə dair mövcud olan ilk yazılı sənəd, Assur hökmdarı II Sarqonun kitabəsidir. 2000-ci illərdə Təbrizin mərkəzində yerləşən Dəmir Dövrü Muzeyinin ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar, bu ərazidə e.ə. II–I minilliklərə aid sivilizasiyanın mövcud olduğunu göstərir. Təbriz tarix boyu bir neçə dəfə müxtəlif dövlətlərin paytaxtı olmuşdur. Bu kontekstdə, şəhərin ilk dəfə paytaxt funksiyası daşıması Makedoniyalı İskəndərin sərkərdəsi Atropatın dövrünə aiddir.
İslamdan əvvəlki dövr Bəzi tədqiqatçılar hesab edirlər ki, Assur hökmdarı II Sarqonun (e.ə. 721–705) kitabəsində adı çəkilən "Tarui–Tarəmkis" qalası hazırkı Təbrizin yerində yerləşmişdir. Həmin kitabədə qala böyük, abad və iç-içə keçən müdafiə sədləri ilə təsvir olunur. Bu qala urartuların süvari qoşunlarının ehtiyat atlarının saxlandığı məkan olmuş, lakin Assurilərin hücumu nəticəsində dağıdılmışdır. Bununla belə, Təbrizin Midiya dövrünə aid şəhər və qalalarla əlaqəsi məsələsində tədqiqatçılar arasında fikir ayrılıqları mövcuddur.
Kembric Universitetinin "İran tarixi" adlı əsərdə Təbrizin Sasani dövrünün əvvəllərində (III və ya IV əsr) və ya daha çox ehtimalla VII əsrdə salındığı qeyd edilir. Müasir Təbriz şəhəri "Təvrej" adlı qədim şəhərin xarabalıqları üzərində qurulmuşdur. Təvrej regionun mühüm ticarət mərkəzlərindən biri olmuş və Şərqlə Qərb arasında körpü rolu oynamışdır. Həmin şəhər eramızdan əvvəl bu ərazidə hökmranlıq etmiş Parfiya mənşəli Arşaki hökmdarlarının paytaxtı olmuşdur. thumb|1901-ci ildə İranda ilk olan və qonqa adlanan tramvay xəttinin açılışından. İlklər Şəhəri hesab edilən Təbrizin ilk olduğu sahələrdən biri də budur. left|thumb|Abbasi dövrünü əks etdirən xəritə.
İslamdan sonrakı dövr