Rəşid Behbudovun heykəli — Bakı şəhərinin Rəşid Behbudov küçəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında Azərbaycanın görkəmli müğənnisi Rəşid Behbudovun şərəfinə ucaldılmış abidə. Rəşid Behbudov küçəsinin qarşı tərəfində Azərbaycan Milli Kitabxanası yerləşir.
Abidənin açılışı Abidənin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Salayevdir. Abidənin əsası 2016-cı il 11 iyunda qoyulmuş, aşılış mərasimi elə həmin il 4 oktyabrda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:2016-cı ilin heykəlləri