Hadisələr 5–20 yanvar — Filippində ikinci xalq inqilabının baş verməsi. Cozef Estradanın hakimiyyətdən devrilməsi. 15 yanvar — Onlayn ensiklopediya olan Vikipediyanın fəaliyyətə başlaması. 22 yanvar — Makedoniyada müharibənin başlanması. (12 noyabr 2001-ci ilədək davam etmişdir). 26–27 aprel — İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı 28 aprel — Uçuş heyəti T. A. Musabayevdən, Y. M. Baturindən və ilk kosmik turist Dennis Titodan (ABŞ) ibarət Soyuz TM-32 kosmik gəmisinin kosmosa buraxılması. 11 sentyabr — Nyu-Yorkdakı Ümumdünya Ticarət Təşkilatının yerləşdiyi Əkiz Binalara Terrorçulara məxsus təyyarələrin çırpılması. 7 oktyabr — ABŞ-nin Əfqanıstanda hərbi əməliyyatlara başlaması. 3 noyabr — 2001 Nyu-York marafonu 27 noyabr — Hubble teleskopu vasitəsilə ilk dəfə Günəş sistemindən kənarda atmosferin aşkar edilməsi. 17 yanvar — Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edilməsi. 16 fevral — Azərbaycan Respublikasının BMT-nin "Təhlükəli (radioaktiv) tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası"na (1989-cu il martın 22-də qəbul olunub) qoşulması. 25 yanvar – Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi. 17 iyul — ABA televiziya şirkətinin fəaliyyətini dayandırması. 1 avqust — Azərbaycan Respublikası ərazisində bütün idarə və müəssisələrin, dövlət və qeyri-dövlət qurumlarının, Azərbaycan dilində olan bütün nəşrlərin latın qrafikalı əlifbaya keçməsi.

Doğumlar 18 avqust — Almaxanım Əhmədli — Aztv-nin solisti, VI Muğam Müsabiqəsinin qalibi, gənc xanəndə. 19 avqust — Abdulax Xaybulayev — futbolçu Danilo Mitroviç

Ölümlər 18 fevral – Elçin Məmmədov, aktyor və rəssam. 10 may – Sona Bağırova, Azərbaycanın əməkdar jurnalisti. 12 sentyabr- Manaf Süleymanov, yazıçı, tərcüməçi. 29 noyabr — Viktor Astafyev, rus yazıçısı. 22 dekabr - Bürhanəddin Rəbbani - tacik əsilli Əfqanıstan prezidenti.