Adil Həmdulla oğlu Şıxəliyev () — Azərbaycan qobelençi rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021).

Həyatı Şıxəliyev Adil Həmdulla oğlu 12 aprel, 1946-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam "Fəryad", "Odlar yurdu", "Səhər nəğməsi" qobelenlərin müəllifidir. Adil Şıxəliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

Təltif və mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 16 oktyabr 2021

Əsərləri

İstinadlar

Kateqoriya:1946-cı ildə doğulanlar Kateqoriya:12 apreldə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:SSRİ rəssamları