Azad bir quşdum -Yüksək musiqi duyumu ilə seçilən və muğamlarımıza dərindən bələd olan dahi Cəfər Cabbarlı bir sıra pyeslərinin ruhuna uyğun olaraq yaddaqalan mahnı. 1905-ci ildə dramında Sonanın oxuduğu və Baxşının tarda müşayiət etdiyi Azad bir quşdum.Cabbarlı C. Əsərləri. Dörd cilddə, III c. B.: Şərq-Qərb, 2005, s. 156

Mahnı haqqında Əməkdar artist Süleyman Tağızadənin (1905–1960) xatirələrindən aydın olur ki, Azad bir quşdum mahnısını Cəfər zümzümə edib və bəstəkar, dirijor, Xalq artisti Əfrasiyab Bədəlbəylidən (1907–1976) xahiş edib ki, onu nota salsın.(Seyfəddinqızı Q. XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu. B.: Ozan, 2001, s. 17). Sonra isə həmin mahnını Cəfərin bağışladığı tarda çalmağı S. Tağızadəyə öyrədiblər (Tağızadə S. Unudulmaz xatirə. // Cəfər Cabbarlı haqqında xatirə. Tərtibçi Ş. Abbasov. B.: Azərnəşr, 1969, s. 142–143). Azad bir quşdum mahnısının sözləri və musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu təsdiqləyən tanınmış dramaturq və aktyor, əməkdar artist Məcid Şamxalov (1907–1984) yazır: Əsərdə ("1905-ci ildə" nəzərdə tutulur – A. N.) Sonanın yanıqlı bir havası var: Azad bir quşdum, Yuvamdan uçdum, Bir bağa düşdüm Bu gənc yaşımda. Musiqisini şəxsən Cəfərin özünün bəstələdiyinin şahidiyəm"(Şamxalov M. Dramaturgiyamızın parlaq ulduzu. // "Ədəbiyyat və incəsənət" qəzeti, 19 mart 1982, s. 7). Cəfərin ölümündən sonra Azad bir quşdum adlanan bu mahnının başqa müəllifi də peyda oldu. Cəfərin müasirləri, tanınmış aktyorlar – M. Şamxalov, S. Tağızadə və başqaları həmin mahnının musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu öz yazıları ilə təsdiqləmişlər. 1905-ci ildə tamaşasında Sona rolunun ifaçısı, gələcəyin xalq artisti Sona Hacıyeva (1907–1979) "Azad bir quşdum" mahnısını oxuyurdu, Baxşı rolunu oynayan S. Tağızadə isə onu (Sonanı) tarda müşayiət edirdi. Xatırladaq ki, C. Cabbarlının Süleyman Tağızadəyə bağışladığı tar hazırda AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində (inventar № 2238) qorunur.

Süleyman Tağızadə xatirələri Süleyman Tağızadə xatirələrində yazır: Cəfərin yazdığı "1905-ci ildə" əsərində səslənən "Azad bir quşdum" mahnısının yaranma tarixçəsi belə olmuşdur. Süleyman Tağızadənin xatirəsindən bəlli olur ki, bu mahnının yalnız melodiyası Əfrasiyab Bədəlbəyli tərəfindən notlaşdırılmışdır.Tağızadə S. Unudulmaz xatirə. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əlyazmaları şöbəsi, inventar № 483, əlyazma 1959-cu ildə muzeyə müəllif tərəfindən təqdim olunub Sonra isə həmin mahnını çalmağı Cəfərin bağışladığı tarda S. Tağızadəyə öyrədiblər. Cəfər Cabbarlının ömür-gün yoldaşı Sonaxanımın (1907–1971) digər mahnılar, eləcə də Azad bir quşdum mahnısının böyük dramaturqun bəstələməsi haqqında maraqlı xatirələri var.Cabbarlı S. Onu kim unudar. B.: Azərnəşr, 1969, s. 35. C. Cabbarlının müasiri, filoloq, akademik Məmməd Arif Dadaşzadə (1904–1975) də bu fikirləri öz yazılarında dönə-dönə təsdiqləmişdir.

"Azad bir quşdum" mahnısını lentə yazdıran ifaçılar 1. İfa: Sara Qədimova; müşayiət: Əliağa Quliyevin rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı (01.04.1955, № 8421). 2. İfa: Şövkət Ələkbərova; müşayiət: Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı (28.05.1955, № 10007). 3. İfa: Elmira Rəhimova (solo və xor üçün işləyəni Ə. Bədəlbəyli); müşayiət: dirijor Nəriman Əzimovun idarəsi ilə xalq çalğı alətləri orkestri (30.04.1976, № 45642). 4. İfa: Səxavət Məmmədov; müşayiət: Əlibaba Məmmədovun rəhbərliyi ilə "Hümayun" xalq çalğı alətləri ansamblı (16.12.1981, № 3647-C və № 48808). 5. İfa: Bilal Sadıqov; müşayiət: instrumental ansambl (06.04.1983, № 4666-C). 6. İfa: Gülağa Məmmədov; müşayiət: dirijor Nəriman Əzimovun idarəsi ilə xalq çalğı alətləri orkestri (24.12.1991, № 11091-C). 7. İfa: Mehri Arifqızı; müşayiət: Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalğı alətləri ansamblı (16.07.2002, № 14997-S). 8. İfa: Yaqut Abdullayeva; müşayiət: (06.06.2001, № 14733-S). 9. İfa: Fədayə Laçın; 10. Özbək müğənnisi Ağabəy 11. İfa: Eda Karaytuğ (Türkiyə müğənnisi); müşayiət: Göksel Baktagirin rəhbərliyi ilə instrumental ansambl 12. İfa: Oktay Bora Ertuğrul (Türkiyə müğənnisi) 13. İfa: Çiğdem Kırankaya Gürdal (Türkiyə müğənnisi) Maraqlıdır ki, digər türkiyəli müğənnilər "Azad bir quşdum" mahnısını anonim musiqi kimi təqdim etsələr də, Çiğdem Kırankaya Gürdalın TRT Muzik kanalında "Akşam sefası" verilişində canlı ifa zamanı titrdə "Kaynak kişi Cafer Cabbarlı" sözləri yazılır. Biz də çox istərdik haqq, ədalət yerini alsın, musiqisi və sözləri Cəfər Cabbarlıya aid edilən "Azad bir quşdum" və digər mahnılar efirlərdə dahi dramaturqun müəllifliyi ilə tamaşaçılara, dinləyicilərə təqdim olunsun…

Cəfər Cabbarlının melodiyalarının siyahısı C. Cabbarlının bizə məlum olan (təəssüf ki, bir sıra mahnıları vaxtında nota alınmadığından unudulmuşdur) melodiyalarının siyahısını təqdim edirik: 1. Od gəlini dramında Solmazın oxuduğu Mən bir solmaz yarpağam ki. 3. Almas dramında Yaxşının oxuduğu Gərək günəş dağları aşıb sönməyəydi 4. Yaşar dramında Yaqutun oxuduğu Sənin dərdindən 5. Dönüş dramında Turacın oxuduğu Hicrindən oldu, ey gözəl 6. Sevil dramında Sevilin oxuduğu Sənə nə olub, zalım yar 7. Nuru Paşa 8. Tellər oynadı (Cəfər Cabbarlı türk musiqisinə yeni mətn qoşaraq işləmişdir) 9. Tellər oynadı 10. Atakişinin kupletləri (Sevil) 11. Qarabağın dağlarında (1905-ci ildə, İmamverdi ilə Allahverdinin birgə ifası) 13. On dördü rəqsi 14. Saranın mahnısı (Solğun çiçəklər)

Həmçinin bax Cəfər Cabbarlı

Xarici keçidlər Cəfər Cabbrlının musiqiləri Azad bir quşdum…

Mənbə Abbasqulu Nəcəfzadə: Bir mahnının tarixçəsi – "Azad bir quşdum". // "Qobustan" jurnalı № 3, s. 48–51. 2017

İstinadlar

Kateqoriya:Azərbaycan mahnıları